ƏMLAK

Azərbaycan Türkiyədən ən çox mənzil alan neçənci ölkədir?
25 AVQUST
471

Azərbaycan Türkiyədən ən çox mənzil alan neçənci ölkədir?

2016-08-25 15:35:00

Azərbaycan Türkiyədən ən çox mənzil alan 8-ci ölkə olub.

Fins.az bildirir ki, azvision.az-a bu barədə Türkiyə Statistika Komitəsinə istinadən xəbər verir. 

Bu ilin iyul ayında azərbaycanlılar Türkiyədən 39 ədəd mənzil alıblar. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 42,64% azalma deməkdir. 

Bu ilin yanvar-iyul aylarında isə azərbaycanlılar Türkiyədən cəmi 375 ədəd mənzil alıblar ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 24,67% azalma deməkdir. 

Xatırladaq ki, ötən il təkcə iyul ayında azərbaycanlılar Türkiyədən 68 ədəd, ilk yeddi ayında isə cəmi 458 ədəd mənzil almışdılar.

Bu il Türkiyənin mənzil bazarına ən çox maraq göstərən ölkələr isə İraq (1753), Küveyt (1004), Səudiyyə Ərəbistanı (974), İngiltərə (479), Rusiya (685) olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272