ƏMLAK

Masallı çay fabriki hərraca çıxarıldı – ÖZƏLLƏŞDİRMƏ
24 AVQUST
451

Masallı çay fabriki hərraca çıxarıldı – ÖZƏLLƏŞDİRMƏ

2016-08-24 17:17:00

Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət  Komitəsi (ƏMDK)  sentyabrın 14-də daşınmaz əmlak hərracı keçirəcək. Komitədən fins.az-a verilən məlumata görə,  hərracda 25 səhmdar cəmiyyətin səhmləri satışa çıxarılacaq.

Onlardan biri Masallı rayonu, Boradigah qəsəbəsindəki  “Boradigah Çay - 2” Açıq Səhmdar Cəmiyyətidir. Müəssisə 1985 -1988-ci illərdə istifadəyə verilib. 1999-cu ildə Kənd Təsərrüfatı Nazirliyinin Masallı rayon Boradigah 2 saylı çay fabrikinin bazasında “Boradigah Çay - 2” ASC  yaradılıb. Burada əsasən, çay tədarükü, emalı və satışı həyata keçirilir.

“Boradigah Çay - 2”-nin nizamnamə kapitalı 698 795 manat, buraxılan səhmlərinin ümumi sayı 349 398 ədəddir. Adi, sənədsiz adlı səhmlərin 69,94 faizi və ya 244 382 ədədi artıq satılıb. Bu dəfəki hərracda  satılacaq səhm zərfinin həcmi isə 105 016 ədəd (30.06%) təşkil edir. Həmin səhm zərfinin ilkin satış qiyməti 105 016 manat müəyyən edilib.

Hərracda iştirak etmək istəyənlər  bu məbləğin 10 faizi həcmində, yəni 10  501.60 manat məbləğində behi öncədən ƏMDK-nın Mərkəzi Bankdakı hesabına ödəməlidirlər. (Hesab nömrəsi: AZ65 NABZ 0136 1150 0000 0000 4944 (VÖEN:2000015631)

Qeyd edək ki, dövlət tərəfindən səhmlərə heç bir məhdudiyyət qoyulmayıb. Bu il iyulun 1-nə işçilərin sayı 4 nəfər olub.

Müəssisənin ümumi torpaq sahəsi 39 030 kv.metr,  tikilialtı sahəsi isə 14 565.2 kv.metrdir. Ərazidə inzibati bina, baş korpus, qazanxana binası, nasosxana, anbar binası, gözətçi binası yerləşir.

ASC Lənkəran Hava Limanına  25 km, Kazımlı Dəmiryolu Stansiyasına 15 km məsafədə yerləşir.

Onu da deyək ki, pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.

Sifarişlər ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 11 ünvanında saat 9:00-dan 18:00-a qədər) və yaxud komitənin e-emdk.gov.az elektron xidmətlər portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul olunacaq.

Məlumat dərc olunduğu gündən hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla komitənin privatization.az portalında və emissiya prospektləri (özəlləşdirmə planları) ilə Hərracların Təşkili üzrə Auksion Mərkəzində tanış ola bilərlər.

Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olmaqla) səhmdar cəmiyyətlərinin səhmlərinin və müştərək müəssisələrin nizamnamə kapitalındakı dövlətin payının pul hərraclarında satışı üzrə hərrac komissiyasına hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

- müəyyən edilmiş qaydada təsdiq olunmuş formada sifariş; 

-müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;

-hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri; 

-fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.

Pul hərracı 2016-cı ilin sentyabr ayının 14-də saat 09:30-da Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcək. Əlavə məlumatı mərkəzin 566 - 07- 44 nömrəli telefonu vasitəsi ilə və komitənin privatization. az portalından ala bilərsiniz.

  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275