ƏMLAK

Səhmi 2 manata satılan “Ağdaş Quşçuluq” – ÖZƏLLƏŞDİRMƏYƏ AÇILDI
24 AVQUST
398

Səhmi 2 manata satılan “Ağdaş Quşçuluq” – ÖZƏLLƏŞDİRMƏYƏ AÇILDI

2016-08-24 12:24:00

Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət  Komitəsi (ƏMDK)  sentyabrın 14-də daşınmaz əmlak hərracı keçirəcək. Komitədən fins.az-a verilən məlumata görə,  hərracda 25 səhmdar cəmiyyətin səhmləri satışa çıxarılacaq.

Onlardan biri  “Ağdaş Quşçuluq” Açıq Səhmdar Cəmiyyətidir. Müəssisə 1976-cı ildə istifadəyə verilib. 1998-ci ildə "Azərquşsənaye" Dövlət Şirkəti Ağdaş  Quşçuluq fabrikinin bazasında “Ağdaş Quşçuluq” ASC-ni təsis edib.

Müəssisə əsasən, quş əti və yumurta istehsalı, satışı sahəsində fəaliyyət göstərir. Ağdaş rayonu, Qaradağlı kəndində yerləşən ASC-nin  nizamnamə kapitalı 677 482.2 manat, buraxılmış səhmlərin ümumi sayı 338 741 ədəddir. Adi, sənədsiz adlı səhm zərfinin 69,99%-lik həcmi və ya  237 079 ədədi artıq  satılıb.

Hazırda hərraca çıxarılan səhm zərfinin ümumi həcmi 101 662 ədəd (30.01%), onun nominal dəyəri isə (50% güzəştlə) ilkin olaraq 101 662 manat müəyyən edilib. Bir səhm cəmi 2 manata  satılır. Dövlət bu səhmlərə   hər hansı məhdudiyyət qoymayıb.

Hərracda iştirak etmək istəyən hüquqi və fiziki şəxslər pul hərracına çıxarılan səhmlərin ilkin satış qiymətinin 10%-i məbləğində - 10 166.20 manat  behi ƏMDK-nın Mərkəzi Bankdakı

AZ65 NABZ 0136 1150 0000 0000 4944 saylı hesablaşma hesabına (VÖEN:2000015631)  ödəməlidirlər.
 

“Ağdaş Quşçuluq” ASC-nin bu il iyulun 1-nə  cəmi 1 nəfət işçisi var. Müəssisənin ümumi torpaq sahəsi 235 440.5 kv.metr, tikilialtı sahəsi isə 22 962.1 kv.metrdir. Ərazidə inzibati bina, 4 ədəd quşçuluq sexi, yumurta sexi, kəsim sexi, həkim nəzarət məntəqəsi, 3 ədəd 400 başlıq tövlə,  anbar və s. yerləşir.

ASC Qəbələ Beynəlxalq Hava Limanına  16 km; Ləki Dəmiryolu Stansiyasına isə  14 km-lik məsafədə yerləşir.

Qeyd edək ki, pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Sifarişlər ƏMDK-nın yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 11 ünvanında saat 9:00-dan 18:00-a qədər) və yaxud komitənin e-emdk.gov.az elektron xidmətlər portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul olunacaq.

Məlumat dərc olunduğu gündən hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla komitənin privatization.az portalında və emissiya prospektləri (özəlləşdirmə planları) ilə Hərracların Təşkili üzrə Auksion Mərkəzində tanış ola bilərlər.
Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olmaqla) Səhmdar cəmiyyətlərinin səhmlərinin və müştərək müəssisələrin nizamnamə kapitalındakı dövlətin payının pul hərraclarında satışı üzrə hərrac komissiyasına hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

 


- müəyyən edilmiş qaydada təsdiq olunmuş formada sifariş; 


- müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;


- hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri; 


- fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.

Pul hərracı 2016-cı ilin sentyabr ayının 14-də saat 09:30-da Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcəkdir.Əlavə məlumatı mərkəzin 566 - 07- 44 nömrəli telefonu vasitəsi ilə və komitənin privatization. az portalından ala bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270