ƏMLAK

Dövlət Agentliyində Apelyasiya Şurası yaradıldı
24 AVQUST
228

Dövlət Agentliyində Apelyasiya Şurası yaradıldı

2016-08-24 10:21:00

Mənzil İnşaatı Dövlət Agentliyində Apelyasiya Şurası yaradılıb.

Agentliyin yaydığı məlumatda deyilir ki, Şura 03.08.2016-cı il tarixində yaradılmışdır. 17.08.2016-cı il tarixində Şuranın keçirilmiş ilk iclasında təşkilati məsələlər müzakirə edilmişdir.

Apelyasiya Şurası yuxarı orqana şikayətlərin verilməsi mexanizminin tənzimlənməsi məqsədi ilə yaradılmış və ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən kollegial orqanıdır. Sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər  qarşılaşdıqları hüquq pozuntuları barədə bu Şuraya müraciət edə bilərlər.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270