ƏMLAK

Səhmi 2 manata satılan “Salyan Broyler” ÖZƏLLƏŞDİRİLƏCƏK
23 AVQUST
636

Səhmi 2 manata satılan “Salyan Broyler” ÖZƏLLƏŞDİRİLƏCƏK

2016-08-23 17:56:00

Əmlak Məsələləri Dövlət  Komitəsi (ƏMDK) sentyabrın 14-də daşınmaz əmlak hərracı keçirəcək. Komitədən fins.az-a verilən məlumata görə,  hərracda 25 səhmdar cəmiyyətin səhmləri satışa çıxarılacaq.

Onlardan biri “Salyan Broyler” ASC-dir. Müəssisə 1989-cu ildə istifadəyə verilib. 2000-ci ildə “Azərquşsənaye” Dövlət Şirkətinin İ.Qurbanov adına Salyan broyler quşçuluq fabrikinin bazasında “Salyan Broyler” ASC yaradılıb.

Salyan rayonu Xələc kəndində yerləşən müəssisə quşların yetişdirilməsi və quş əti istehsalı ilə məşğul olub. Bu il iyulun 1-ə cəmi 3 nəfər işçisi var.

ASC-nin ümumi torpaq sahəsi 172 314.9 kv.metr, tikintialtı sahəsi isə 13 345.5 kv.metrdir. Buraya 2 ədəd inzibati bina, 6 ədəd quş ferması, inqubator binası, nasosxana, qazanxana, yem anbarı və s. tikililər daxildir.

Komitənin açıqlamasına görə, müəssisənin adi sənədsiz səhmlərinin ümumi sayı 560 059 ədəd, satışa çıxarılanların sayı isə 168 225 ədəddir (30.04%). Səhm zərfinin 69,96 faizlik hissəsi – 391 834 ədədi artıq satılıb.

“Salyan Broyler” ASC-nin nizamnamə kapitalı 1 120 118 manatdır. Hərraca çıxarılan səhm zərfinin ilkin satış qiyməti isə (50% güzəştlə) 168 225 manat müəyyən edilib. Hərracda  istirak etmək istəyən  hüquqi və fiziki şəxslər həmin məbləğin 10 faizi həcmində 16 822.50 manat həcmində behi ƏMDK-nın Mərkəzi Bankdakı

 AZ65 NABZ 0136 1150 0000 0000 4944 hesablaşma hesabına (VÖEN:2000015631) ödənilməlidir.

Qeyd edək ki, dövlət tərəfindən səhmlərə heç bir məhdudiyyət qoyulmayıb.

Müəssisə kommunikasiya qovşaqlarına yaxınlıq baxımından da əlverişli yerdədir. Belə ki, ASC Salyan – Astara yolunun üzərində yerləşir.

Onu da deyək ki, pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.


Sifarişlər ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 11 ünvanında saat 9:00-dan 18:00-a qədər) və yaxud komitənin e-emdk.gov.az elektron xidmətlər portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul olunacaq.

Məlumat dərc olunduğu gündən hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla komitənin privatization.az portalında və emissiya prospektləri (özəlləşdirmə planları) ilə Hərracların Təşkili üzrə Auksion Mərkəzində tanış ola bilərlər.


Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olmaqla) Səhmdar cəmiyyətlərinin səhmlərinin və müştərək müəssisələrin nizamnamə kapitalındakı dövlətin payının pul hərraclarında satışı üzrə hərrac komissiyasına hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:


-müəyyən edilmiş qaydada təsdiq olunmuş formada sifariş; 

-müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;

-hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri; 


-fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.


Pul hərracı 2016-cı ilin sentyabr ayının 14-də saat 09:30-da Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcək.Əlavə məlumatı mərkəzin 566 - 07- 44 nömrəli telefonu vasitəsi ilə və komitənin privatization. az portalından ala bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272