ƏMLAK

Maştağada çayxana hərraca çıxarıldı – ÖZƏLLƏŞDİRMƏ
23 AVQUST
519

Maştağada çayxana hərraca çıxarıldı – ÖZƏLLƏŞDİRMƏ

2016-08-23 16:44:00

Xəbər verdiyimiz kimi, sentyabrın 14-də Bakıda daşınmaz əmlak hərracı keçiriləcək. Əmlak Məsələləri Dövlət  Komitəsindən (ƏMDK) fins.az-a verilən məlumata görə, hərracda yaşayış və qeyri-yaşayış sahələri, kiçik müəssisələr , eləcə də səhmdar cəmiyyətlər, iri sənaye müəssisələri satışa çıxarılacaq.

Hərraca çıxarılan obyektlərdən biri Bakının  Sabunçu rayonundakı  3 saylı çayxanadır. Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, 109 ünvanında yerləşən 1 mərtəbəli tikilinin ümumi torpaq sahəsi 126  kv. metr, faydalı sahəsi isə 106.3 kv. metrdir.

Çayxananın heç bir debitor və kreditor borcu  yoxdur. Obyektin ilkin satış qiyməti 23 200 manat müəyyən edilib. Hərracda iştirak etmək istəyən  fiziki və hüquqi şəxslər onun dəyərinin 10 faizi həcmində - 2320 manat beh ödəməlidir. Həmin məbləğ ƏMDK-nın Mərkəzi Bankdakı   

AZ65 NABZ 0136 1150 000 0000 4944 nömrəli

hesablaşma hesabına köçürülməlidir. 

Onu da deyək ki, hərraclar respublikanın şəhər və rayonlarında müvafiq yerli hərrac komissiyalarında keçiriləcək.

Hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır.


1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).

2. ƏMDK tərəfindən təsdiq edilmiş formada sifariş.

3. ƏMDK- nın  müəyyən edilmiş hesabına behin köçürülməsini təsdiq edən sənəd.

Hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və ƏMDK-nın Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsindən almaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275