ƏMLAK

Səhmi 2 manata satılan ASC hərraca çıxarıldı – ÖZƏLLƏŞDİRMƏ
22 AVQUST
496

Səhmi 2 manata satılan ASC hərraca çıxarıldı – ÖZƏLLƏŞDİRMƏ

2016-08-22 13:03:00

Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) sentyabrın 14-də Bakıda və Sumqayıtda daşınmaz əmlak hərracı keçirəcək. Komitədən fins.az-a verilən xəbərə görə, hərracda yaşayış və qeyri-yaşayış sahələri, kiçik müəssisələr , eləcə də səhmdar cəmiyyətlər, iri sənaye müəssisələri satışa çıxarılacaq.

Onlardan biri “Ağcabədi Avtotəmir” Açıq Səhmdar Cəmiyyətidir. Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 157 ünvanında yerləşən müəssisə 1960 -cı ildə istifadəyə verilib. 1998-ci ildən Kənd Təsərrüfatı Nazirliyinin Ağcabədi Avtomobil Təmiri zavodu «Azəraqrotəmirmaş» İstehsalat Birliyinin  bazasında “Ağcabədi Avtotəmir” ASC yaradılıb.

Burada əsasən, avtomobillərə texniki  xidmət və onların təmiri işləri görülür. ASC-nin nizamnamə kapitalı141 943.20 manat, buraxılan səhmlərin ümumi sayı 70 971 ədəddir. Onların 69,97 faizi -49 661 ədədi artıq satılıb. Qalan 30,03 faiz və ya 21 310 ədəd  isə sentyabrdakı hərracda satılacaq.

cəmi 2 manatdır. Satılan səhm zərfinin ilkin hərrac qiyməti (50% güzəştlə) 21 310 manat, Satışa çıxarılan səhmlərin nominal dəyəri isə 42 620 manat  müəyyən edilib. Dövlət bu səhmlərə heç bir məhdudiyyət qoymayıb.

Bu il uyulun Qeyd edək ki, müəssisənin səhmləri adi, sənədsiz adlıdır. Bir səhmin qiyməti 1-nə  ASC-nin işçilərinin sayı cəmi 2  nəfərdir. Müəssisənin 

66 683 kv.metr torpaq sahəsi, 11 858.9 kv.metr tikintialtı sahəsi mövcuddur. Ərazidə 2 mərtəbəli inzibati bina,  6 ədəd sex binası, 8 ədəd anbar binası, 2 ədəd transformator binası, kompressor binası, yeməkxana, qonaq evi və s. yerləşir.

Xatırladaq ki, hərracda iştirak etmək istəyənlər ACS-nin satışa çıxarılan səhmlərinin ilkin satış qiymətinin 10%-i məbləğində, yəni  2 131 manat beh ƏMDK-nin Mərkəzi Bankdakı

AZ65 NABZ 0136 1150 0000 0000 4944 hesablaşma hesabına (VÖEN:2000015631) ödənilməlidir.

Pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.
ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 11 ünvanında saat 9:00-dan 18:00-a qədər) və yaxud komitənin e-emdk.gov.az elektron xidmətlər portalı vasitəsilə qəbul ediləcək. Sənədlər hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək təqdim edilməlidir.

Məlumat dərc olunduğu gündən hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla komitənin privatization.az portalında və emissiya prospektləri (özəlləşdirmə planları) ilə Hərracların Təşkili üzrə Auksion Mərkəzində tanış ola bilərlər.
Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olmaqla) səhmdar cəmiyyətlərinin səhmlərinin və müştərək müəssisələrin nizamnamə kapitalındakı dövlətin payının pul hərraclarında satışı üzrə hərrac komissiyasına hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:


-müəyyən edilmiş qaydada təsdiq olunmuş formada sifariş; 
-müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;
-hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri; 
-fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.


Onu da deyək ki, pul hərracı 2016-cı ilin sentyabr ayının 14-də saat 09:30-da Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcəkdir. Əlavə məlumatı mərkəzin 566 - 07- 44 nömrəli telefonu vasitəsi ilə və komitənin privatization. az portalından ala bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270