ƏMLAK

Bu ASC-nin səhmi 1 manata satılır – ÖZƏLLƏŞDİRMƏ
19 AVQUST
1061

Bu ASC-nin səhmi 1 manata satılır – ÖZƏLLƏŞDİRMƏ

2016-08-19 17:33:00

Əmlak Məsələləri Dövlət  Komitəsi (ƏMDK)  sentyabrın 14-də daşınmaz əmlak hərracı keçirəcək. Komitədən fins.az-a verilən məlumata görə,  hərracda 25 səhmdar cəmiyyətin səhmləri satışa çıxarılacaq.

Onlardan biri  “Azəryeyintisənaye” Dövlət Şirkətinin  Zaqataladakı (Azərbaycan prospekti, 109) “Gülşən Ətir” Açıq Səhmdar Cəmiyyətidir. ASC 1997-ci ildə təsis edilib. Əsasən, ətriyyat və kosmetika məhsullarının istehsalı və satışı ilə məşğul olub.

Müəssisənin nizamnamə kapitalı 310 442 manat, buraxılan adi, sənədsiz səhmlərinin sayı 310 442 ədəddir. Hərracda ASC-nin səhmlərinin 30 faizi -93  133 ədədi satışa çıxarılacaq. Səhmin 1-nin dəyəri cəmi 1 manatdır.

Qalan 70 faiz artıq satılıb. İndi satılan səhm zərfinin nominal dəyəri 50% güzəştlə 46 566.50 manatdır. Hərraca qoşulmaq üçün müəssisəsnin ilkin satış qiymətinin 10 faizi – 4 656.65 manat  beh  ödəmək lazımdı. Həmin vəsait  ƏMDK-nın Mərkəzi Bankdakı bu hesablaşma hesabına ödənilməlidir.

AZ65 NABZ 0136 1150 0000 0000 4944 (VÖEN:2000015631)

Dövlət  müəssisənin səhmlərinə hər hansı məhdudiyyət qoymayıb. İndi ASC-nin cəmi 2 nəfər işçisi var.

Müəssisənin ümumi torpaq sahəsi 13 064 kv.metr,  tikilialtı sahəsi isə 6 364 kv.metrdir. Ərazisində istehsalat sexi,  tara anbarı, spirt anbarı, Nasosxana, qaraj, su anbarı yerləşir.

ACS nəqliyyat qov şaqıarına yaxınlıq baxımından əlverişli  yerdədir. Belə ki, Zaqatala Hava Limanına 10 km-lik,  Zaqatala Dəmiryolu Stansiyasına  8 km-lik, Zaqatala avtovağzalına isə cəmi  2 km-lik məsafədə yerləşir.

Pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim edən  hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Sifarişlər ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 11 ünvanında saat 9:00-dan 18:00-a qədər) və yaxud komitənin e-emdk.gov.az elektron xidmətlər portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul olunacaq.

Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olmaqla) Səhmdar cəmiyyətin səhmlərinin və müştərək müəssisənin nizamnamə kapitalındakı dövlətin payının pul hərraclarında satışı üzrə hərrac komissiyasına hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

- müəyyən edilmiş qaydada təsdiq olunmuş formada sifariş; 

- müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;

- hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri; 

- fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.

Pul hərracı 2016-cı ilin sentyabr ayının 14-də saat 09:30-da Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcək.

Əlavə məlumatı mərkəzin 566 - 07- 44 nömrəli telefonu vasitəsi ilə və komitənin privatization. az portalından ala bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272