ƏMLAK

Nəsimidə kafe hərraca çıxarıldı – ÖZƏLLƏŞDİRMƏ
19 AVQUST
607

Nəsimidə kafe hərraca çıxarıldı – ÖZƏLLƏŞDİRMƏ

2016-08-19 16:23:00

Bu il sentyabrın 14-dəBakıda daşınmaz əmlak hərracı keçiriləcək. Əmlak Məsələləri Dövlət  Komitəsindən (ƏMDK) fins.az-a verilən xəbərə görə, hərracda yaşayış və qeyri-yaşayış sahələri, kiçik müəssisələr , eləcə də səhmdar cəmiyyətlər, iri sənaye müəssisələri satışa çıxarılacaq.

Hərraca çıxarılan obyektlərdən biri Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, 39B ünvanında yerləşən kafedir. 1 mərtəbəli tikilinin torpaq sahəsi 59.1 kv.metr, faydalı sahəsi isə 45.7 kv.metrdir.

Kafenin  ilkin satış qiyməti 18 200 manat müəyyən edilib. Hərracda iştirak etmək istəyənlər  o byektin dəyərinin 10 faizi həcmində, yəni 1 820 manat beh verməlidirlər. Həmin vəsait  ƏMDK-nin Mərkəzi Bankda

AZ65 NABZ 0136 1150 000 0000 4944 nömrəli

hesablaşma hesabına ödənilməlidir.

Kafenin debitor borcu yoxdur. 436 manat kreditor  borcu qalıb.

İndi obyekt İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansındadır.

Hərraclar respublikanın müvafiq yerli hərrac komissiyalarında keçiriləcək. İştirak etmək üçün aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək  hərrac komissiyasına   təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).

2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.

3. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

Hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və ƏMDK-nın Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsindən almaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275