ƏMLAK

Dövlət əmlakından icarə haqqı elektron qaydada ödəniləcək
19 AVQUST
229

Dövlət əmlakından icarə haqqı elektron qaydada ödəniləcək

2016-08-19 09:10:00

Nazirlər Kabineti “Elektron xidmət növlərinin Siyahısı”nda dəyişiklik edib. 

Fins.az-ın məlumatına görə, dəyişiklik Əmlak Məsələləri Dövlət Komitəsinin təqdim etdiyi elektron xidmətlərlə əlaqədardır.

İndiyə qədər Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcu barədə məlumatın verilməsinə dair elektron xidmət  təqdim edib. Dəyişikliyə əsasən bundan sonra Əmlak Məsələləri Dövlət Komitəsidövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun ödənilməsinə dair elektron xidmət təqdim edəcək. Başqa sözlə, dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcu bu xidmət vasitəsi ilə elektron qaydada ödənilə biləcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274