ƏMLAK

Qaradağdakı bu dükan hərraca çıxarıldı -ÖZƏLLƏŞDİRMƏ
18 AVQUST
684

Qaradağdakı bu dükan hərraca çıxarıldı -ÖZƏLLƏŞDİRMƏ

2016-08-18 19:04:00

Bu il sentyabrın 14-dəBakıda daşınmaz əmlak hərracı keçiriləcək. Əmlak Məsələləri Dövlət  Komitəsindən (ƏMDK)   fins.az-a verilən xəbərə görə, hərracda yaşayış və qeyri-yaşayış sahələri, kiçik müəssisələr , eləcə də səhmdar cəmiyyətlər, iri sənaye müəssisələri satışa çıxarılacaq.

Özəlləşdiriləcək kişik müəssisə və obyektlərin sərasında Bakının Qaradağ rayonu Qobustan qəsəbəsindəki 8 saylı dükan da yer alıb. Salyan şosesi, 57-ci km, 26 ünvanında yerləşən 1 mərtəbəli tikilinin 188.8 kv.metr ümumi torpaq sahəsi, 160,5  kv.metr faydalı sahəsi var.

Dükan indi İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin  balansındadır. Satış dəyəri 27 500 manat müəyyən edilib.

Obyekti almaq istəyənlər  onun dəyərinin 10%-n həcmində -2 750 manat beh verməlidir. Bu məbləğ Mərkəzi Bankda ƏMDK-nın 

AZ65 NABZ 0136 1150 000 0000 4944 nömrəli

hesablaşma hesabına ödənilməlidir.

Dükanın debitor borcu yoxdur, ancaq 387 manat kreditor borcu qalıb.

 

Qeyd edək ki, hərraclar yerli hərrac komissiyalarında keçiriləcək. Hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:


1.Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).

2.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.

3.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

Hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və ƏMDK-nın Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsindən almaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275