ƏMLAK

Xaricdə yaşayan azərbaycanlılar özəlləşməyə – DƏVƏT OLUNUR
18 AVQUST
495

Xaricdə yaşayan azərbaycanlılar özəlləşməyə – DƏVƏT OLUNUR

2016-08-18 16:45:00

Xarici investorların və xaricdə yaşayam azərbaycanlı iş adamlarının özəlləşməyə marağı artıb. Bunu Əmlak Məsələləri Dövlət Komitəsinin aparat rəhbəri Azər Bəşirov fins.az-a müsahibəsində deyib. Bildirib ki, bu günədək Özəlləşdirmə Portalına 22 mindən artıq giriş olub. Onların sırasında xaric də yaşayanlar çoxluq təşkil edir. “Prezident İlham Əliyevin ”Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında» 19 iyul 2016-cı il tarixli fərmanına uyğun olaraq yeni portal yaradıldı. Burada özəlləşməyə açılan müəssisələrin və digər obyeklərin qiymətləri, alıcıların hərraclarda iştirakı ilə bağlı məsələlər, ödənişlərin qaydası və s. barədə ətraflı məlumat təqdim olunub. Bu prosesə geniş ictimaiyyəti cəlb etməklə bağlı tədbirlərə başlamışıq”.

Özəlləşdirmənin sürətlənməsi ilə bağlı Komitənin əsas işlərindən biri yerli və xarici mütəxəssislərlə məsləhətləşmələr olub. “Biz özəlləşmənin şəffaflığını təmin etmək üçün yerli və beynəlxalq ekspertlərlə geniş məsləhətləşmələr apar mışıq. Müzakirələrdə Özəlləşmə Portalında yarana biləcək suallar, hərraca çıxarılın obyektlərlə bağlı bütün məlumatlar, qanunvericiliklə bağlı məsələlər, qarşıya çıxa biləcək maneələr, həmçinin, xarici investorlar üçün xüsusi qaydalar və digər informasiyalar dəqiqləşdirilib və saytda əksini tapıb.

Çalışırıq ki, portal vasitəsilə hər bir yerli və xarici vətəndaşın Azərbaycana investisiya yatırılmasına cəlb edək”. Aparat rəhbəri xaricdə yaşayan azərbaycanlı investorları özəlləşmədə aktiv iştirak etməyə çağırıb: Portalda 65-ə yaxın müəssisə hərraca çıxarılıb. Vətəndaşlar onlar barədə ətraflı məlumatları portaldan ala bilərlər. Qiymətlər də açıq göstərilib. Mülkiyyətçi olmaq istəyən hər bir vətəndaşı, xaricdəki həmyerlilərimizi azərbaycandakı özəlldirmədə aktiv olmağa çağırıram”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275