ƏMLAK

Səhmi 2 manata satılan müəssisə hərraca çıxarıldı - ÖZƏLLƏŞDİRMƏ
18 AVQUST
659

Səhmi 2 manata satılan müəssisə hərraca çıxarıldı - ÖZƏLLƏŞDİRMƏ

2016-08-18 13:08:00

Bu il sentyabrın 14-də Bakıda və Sumqayıtda daşınmaz əmlak hərracı keçiriləcək. Əmlak Məsələləri Dövlət  Komitəsindən fins.az-a verilən xəbərə görə, hərracda yaşayış və qeyri-yaşayış sahələri, kiçik müəssisələr , eləcə də səhmdar cəmiyyətlər, iri sənaye müəssisələri satışa çıxarılacaq.

“Bərdə Pambıq” ASC-nin səhmləri də hərraca çıxarılıb. Müəssisənin səhm zərfi 50 faiz güzəştlə satılacaq. Zərfin nominal dəyəri 149 398 manatdır.

Qeyd edək ki, ASC-nin səhmlərinin 70.45%-i və ya 356142 ədəd  artıq satılıb. Hərracda müəssisəsnin səhmlərinin 149 398 ədədi və ya 29.55%-i satılacaq.

1951-ci ildə istifadəyə verilən “Bərdə Pambıq” ASC-nin nizamnamə kapitalı 1 011 079.80 manat, buraxılan səhmlərinin ümumi sayı isə 505 540 ədəddir. Səhmlər adi, sənədsiz adlıdır. Dövlət tərəfindən səhmlərə hər hansı məhdudiyyət qoyulmayıb.

Bir səhmin nominal qiyməti 2 manatdır. Müəssisəni almaq üçün əvvəlcədən 14 939.80 manat məbləğındə beh verilməlidir.

Bərdə şəhəri, Nizami küçəsi, 75 ünvanında yerləşən müəssisənin    2016-ci il iyulun 1-ə 4 işçisi, 79 609 kv.metr torpaq sahəsi, 27 725.6 kv.metr tikintialtı sahəsi var.

ASC-nin  Zavodyanı, Şatırlı, Səməd Vurğun, Qılınclı, Mirzəcəfərli, Əyricə pambıq qəbulu məntəqələri, inzibati binası, müxtəlif təyinatlı anbarlari, dəmir yolu, yeməkxana binası, əsas istehsalat korpusu və s. mövcuddur.

Müəssisə kommunikasiya qovşaqlarına yaxınlıq baxımından əlverişli yerdədir. Zavod Bərdə Dəmiryolu Stansiyasına  2 km-lik məsafədə yerləşir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272