ƏMLAK

Azərbaycan Rusiyada sərgi pavilyonu aldı- 50 İLLİK
17 AVQUST
215

Azərbaycan Rusiyada sərgi pavilyonu aldı- 50 İLLİK

2016-08-17 12:35:00

Rusiya höküməti Milli Məhsulların Sərgi Kompleksində (VDNX) “Hesablama texnikası və informatika” adlı 14-cü pavilyonu Azərbaycana verib. Fins.az-ın Rusiya mediasına istinadən  məlumatına görə, bina 50 illik kirayəyə verilib. İcarə haqqı illik sadəcə 1 rubl təşkil edir.

Bundan əlavə, Azərbaycan binanın ətrafında torpaq sahəsi də alıb. Pavilyonun iç sahəsi isə 1 967 kvadrat metr kimi qiymətləndirilir.

Qeyd edək ki, bu pavilyon 1963-cü ilə qədər Azərbaycan SSR-in nailiyyətlərinə həsr olunub. 2014-cü ildə bina bərpa olunduqdan sonra, onun fasadına tarixi görünüşü qaytarılıb.

Adətən, milli pavilyonlarda kafe, satış mərkəzləri və konfrans zalları yerləşir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272