ƏMLAK

Azərbaycanda vertolyotlar hərracda satılacaq
17 AVQUST
268

Azərbaycanda vertolyotlar hərracda satılacaq

2016-08-17 12:26:00

Azərbaycanda vertolyotlar satışa çıxarılıb. 

Fins.az APA-ya istinadən xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, hərrac sentyabrın 14-də baş tutacaq. 

Hərracda “Azərbaycan HavaYolları” QSC-yə məxsus, 1991 və 1993-cü illərdə istehsal edilmiş “Mİ-8 MTV1” markalı 3 vertolyot satışa çıxarılacaq.   

Hərraclar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsiyanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcək (Zeynal Xəlil küçəsi 11). Hərracda iştirak etmək üçün hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd;

2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. 10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesaba köçürülməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272