ƏMLAK

“Forma-1” arayışlarını almaq bu qədər asan olmayıb – AÇIQLAMA
10 AVQUST
464

“Forma-1” arayışlarını almaq bu qədər asan olmayıb – AÇIQLAMA

2016-08-10 10:14:00

İndiyədək Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) elektron xidmətlərindən  500 min dəfədən artıq istifadə edilib. Komitənin mətbuat xidmətindən   fins.az-a bildiriblər ki, elektron xidmətlərdən istifadə edənlərin 263 min nəfəri  daşınmaz əmlakın hüquqi vəziyyəti ilə bağlı arayışların  - “Forma-1”in alınmasına  aiddir.

Komitənin statistikasına əsaəsn, ki, hər ay vətəndaşlara orta hesabla 10 mindən artıq “Forma-1” arayışları onlayn formada təqdim edilir. 2015-ci ilin ilk 4 ayında 37 minə yaxın “Forma-1” arayışı təqdim edilmişdisə, 2016-ci ilin eyni dövründə bu arayışların sayı təqribən 20 faiz artaraq 44 mini keçib. Artımın əsas səbəbi, daşınmaz əmlakla əməliyyatların artması və arayışın alınmasının sadələşdirilməsidir. 

Eyni zamanda, bu ilin birinci yarısı ərzində “Forma-1” arayışlarının real vaxt rejimində notariuslara verilməsi ilə bağlı daxil olan müraciətlərin sayında da ciddi artım müşahidə olunur. 2016-cı ilin ilk 6 ayı ərzində bu say 62 mindən çox olub. 

Komitədən bilriblər ki, indi  əhaliyə 3-ü SMS xidmətlər olmaqla 31 adda elektron xidmət göstərilir. Bu siyahıya elektron xidmətlərinə daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının səmərəli idarə edilməsi, dövlət əmlakının özəlləşdirilməsi məqsədilə keçirilən hərraclar, dövlət əmlakının icarəsi ilə bağlı interaktiv və informativ xidmətlər daxildir.  Bu xidmətlər komitənin fəaliyyət sahələri üzrə şəffaflığın artırılmasını, daşınmaz əmlakla bağlı hüquqi əməliyyatların daha rahat və çevik şəkildə reallaşmasını təmin edir. 

Komitənin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı və ləğvi istiqaməti üzrə 6 elektron xidməti fəaliyyət göstərir. Əmlakın hərraclarla satışı üzrə 8, daşınmaz əmlak üzərində yüklülüyün qeydiyyatı və ləğvi istiqaməti üzrə 12, dövlət əmlakının idarə edilməsi ilə bağlı 1, informativ tipli 4 elektron xidmət aktivdir. 

Daşınmaz əmlakın dövlət reyestrindən məlumatın verilməsi barədə elektron xidmət isə imkan verir ki, vətəndaş öz evində və ya iş yerində oturub onlayn qaydada müraciət edərək  əmlakının mövcud vəziyyəti ilə tanış olsun. İstənilən hər bir mülkiyyət sahibi bu elektron xidmət vasitəsilə əmlakının hüquqi statusu, onun yüklü (həbs, girov) olub-olmaması, ünvanı, texniki göstəricləri barədə lazım olan bütün məlumatları ala bilər.

Komitədə çoxçeşidli elektron xidmətlərin səmərəliliyinin artırılması üçün ayrıça bir qurum – İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi də yaradılıb. Məqsəd mülkiyyət hüquqlarında dair məlumatların vahid bazada toplanması, idarəetmədə müasir texnologiyalardan istifadə etməklə şəffaflığı təmin etmək, vətəndaş məmnunluğunu artırmaqdır.

Komitənin SMS xidmətlərdən biri sayəsində vətəndaşa daşınmaz əmlakın qeydiyyatı üzrə müraciətin icra vəziyyəti, digəri vasitəsilə əmlaka dair dövlət reyestrindən çıxarışın hazır olma tarixi, ödəməli olduğu dövlət rüsumu və xidmət haqqı barədə məlumat verilir. 

Üçüncü SMS xidmət isə imkan verir ki, dövlət əmlakını icarəyə götürən vətəndaş icarə borcu haqqında SMS vasitəsilə məlumat alsın. Vətəndaş elektron xidmətlər vasitəsilə müraciət edib lazımi ödənişləri onlayn qaydada apara bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275