ƏMLAK

Özəlləşdirmədə mühüm yenilik: MÜSTƏQİL QİYMƏTLƏNDİRİCİ GƏLİR
09 AVQUST
299

Özəlləşdirmədə mühüm yenilik: MÜSTƏQİL QİYMƏTLƏNDİRİCİ GƏLİR

2016-08-09 15:27:00

Azərbaycanda həyata keçirilən özəlləşdirmə prosesində mühüm yeniliyə start  verilib. Özəlləşdirilən dövlət əmlakı müstəqil qiymətləndiricilər tərəfindən qiymətəndiriləcək. Fins.az-ın məlumatına görə, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Bakı və ölkənin regionlarında özəlləşdiriləcək torpaq sahələrinin qiymətləndirilməsi üçün qiymətlənlirici seçiminə başlayıb. 

Torpaqları müstəqil qiymətləndirici qiymət qoyacaq

Komitə özəlləşdiriləcək torpaqların «Qiymətləndirmə fəaliyyəti haqqında» qanuna uyğun qiymətləndirilməsi üçün qiymətləndirici seçimi üzrə kotirovka sorğusu elan edib. «Kotirovka sorğusunun məqsədi II Özəlləşdirmə Proqramı çərçivəsində özəlləşdiriləcək torpaq sahələrinin «Qiymətləndirmə fəaliyyəti haqqında» Qanununa uyğun qiymətləndirilməsi ilə bağlı qiymətləndiricilərin cəlb edilməsidir»-deyə ƏMDK-dən bildirilir.

Kotirovka sorğusunun şərtlərinə görə, cəlb ediləcək qiymətlənlirici Baki şəhərində 22, respublikanın digər şəhər və rayonlarında isə 8 torpaq sahəsini qiymətləndirəcək. 

Dövlət başçısından ƏMDK-ə “torpaq” tapşırıqları 

Qeyd edək ki, prezident İlham Əliyevin iyulun 19-da imzaladığı «Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında» fərmanında ƏMDK-ya tapşırılıb ki, dövlət müəssisələrinin özəlləşdirilməsi prosesində, Bakı və digər şəhərlərin baş planları nəzərə alınsın və özəlləşdirilən müəssisələrin yerləşdiyi torpaq sahəsi sərhədlərinin şəhərsalma qanunvericiliyinə uyğun yenidən müəyyənləşdirilməsinə dair təkliflərini təqdim etsin. Bundan başqa, ƏMDK-ya dövlət mülkiyyətində olan hüquqi şəxslərin istifadəsindəki torpaqların durumunu araşdırmaq, tələbatdan artıq və ya istifadə olunmayan torpaq sahələrinin səmərəli istifadəsinin təmin edilməsinə yönəlmiş tədbirlər görmək də tapşırılıb. 

Torpaqlar bazar qiymətilə özəlləşdiriləcək 

Qeyd edək ki, kotirovka sorğusunda da göstərildiyi kimi, özəlləşdirilməyə çıxarılan 30 torpaq sahəsi «Qiymətləndirmə fəaliyyəti haqqında» qanuna uyğun qiymətləndiriləcək. Bu isə həmin torpraqların bazar qiymətinə uyğun olaraq, yəni obyektiv qiymətləndiriləcəyini göstərir. Dəyişikliyi fins.az-a şərh edən ekspertlər də bildirir ki, özəlləşdiriləcək torpaqların müstəqil qiymətləndiricilər tərəfindən qiymətlənlirilməsi özəlləşdirmə prosesinin daha şəffaf aparılmasına səbəb olacaq və investorların bu prosesə marağını artıracaq. 

Ekspert: «Bu addım özəlləşdirmədə şəffaflığı artıracaq» 

İqtisadçı ekspert, «Konstitusiya» Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirir ki, ümumiyyətlə, son illər ƏMDK-nin şəffaflıq və şesabatlılıq istiqamətində fəaliyyəti xeyli genişlənib. Bu, özünü xüsusilə elektron xidmətlərin genişlənməsində büruzə verir: «Təsadüfi deyil ki, elektron xidmətlər şəffaflıqla yanaşı, hesabatlığı da artırır».  Digər tərəfdən fondun 2012-2015-ci illər ərzində apardığı araşdırmalar da göstərib ki, ƏMDK-də Korrupsiyaya qarşı mübarizə üçün Milli Fəaliyyət Planı üzrə nəzərdə tutulan tədbirlərin 90%-i icra olunub. «Bu çox böyük göstəricidir və korrupsiyanın qarşısının alınması üçün görülən mühüm tədbirlərdən xəbər verir»-deyə fond rəhbəri bildirir. 

İnvestorların özəlləşdiməyə marağı və inamı yüksələcək 

Ekspertin sözlərinə görə, özəlləşdirməyə çıxarılan torpaqların qiymətləndirilməsi üçün müstəqil qiymətləndiricinin cəlb edilməsi bu prosesin daha obyektiv olmasına səbəb olacaq: «Çünki əvvəla, qiymətləndirmə obyektiv şəkildə və bazar qiymətlərinə əsasən aparılacaq. Digər tərəfdən, qiymətlənidirməni aparan qurum, qiymətləndirmənin hansı formada aparılması və onun nəticələri ictimaiyyətə və tərəflərə təqdim olunacaq. Bu da həmin prosesin şəffaf aparıldığını göstəricək». Ə.Nuriyev bildirir ki, müstəqil qiymətləndiricinin cəlb edilməsi dövlət əmlakının özəlləşdirilməsi prosesinin daha daha obyektiv və şəffaf aparılması ilə nəticələnəcək. Bu isə investorların özəlləşməyə marağını və inamını artıracaq: «Artıq investorlarda aydın təsəvvür yaranacaq ki, proses hansı formada aparılacaq». 

Bu yenilik büdcə daxilolmalarını artıracaq 

Nəticədə özəlləşmədə daha çox yerli və xarici investor iştirak edəcək. «Bu yenilik proseslə bağlı subyektiv faktorların kənarda qalmasına səbəb olacaq və ƏMDK-nin fəaliyyətinə yeni çalarlar verəcək». Nəhayət, torpaqların «Qiymətləndirmə fəaliyyəti haqqında» qanuna əsasən qiymətləndirilməsi onlara daha obyektiv qiymət qoyulmasına və dövlət büdcəsinə daxil olmaların artmasına imkmn verəcək: «Nəticədə dövlət başçısının özəlləşdirmə ilə bağlı tapşırıqlarının daha səmərəli və  rasional icrası təmin olunacaq». 

«Elektron özəlləşdirmə» də başlayır

Qeyd edək ki, özəlləşdirmə prosesinin daha şəffaf aparılması və bu investorların maraının artırılması məqsədilə ƏMDK özəlləşdirmə ilə bağlı internet resursunu – Özəlləşdirmə Portalını istifadəyə verib. Bu portal xarici və yerli investorlar üçün informasiya mənbəyi olmaqla yanaşı, burada həm də elektron hərracların keçirilməsi nəzərdə tutulur. 

Türkiyə şirkətləri də özəlləşdirməyə maraq göstərir 

Qeyd edək ki, Azərbaycanda özəlləşdirmə prosesində yeni yanaşmaların və mexanizmlərin tətbiqi ilə bağlı gözlənilən yeniliklər xarici investorların da diqqətini cəlb edib. Artıq Türkiyə şirkətləri Azərbaycanda özəlləşdirmədə iştirak etməkdə maraqlı olduqlarını bəyan ediblər. Bunu Türkiyə-Azərbaycan Xarici İqtisadi Əlaqələr Təşkilatının biznes şurasının sədri Səlçuk Akat bildirib. Onun sözlərinə görə, Azərbaycanda investisiyaların artmasında maraqlı olan Türkiyə şirkətləri özəlləşdirmə prosesinə aktiv qoşulmaq niyyətindədirlər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272