ƏMLAK

Evlər ucuzlaşdı, kommersiya obyektləri bahalaşdı
08 AVQUST
1169

Evlər ucuzlaşdı, kommersiya obyektləri bahalaşdı

2016-08-08 10:26:00

İyul ayında daşınmaz əmlak bazarında 0,08 faiz artım müşahidə edilib. “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov fins.az-a bildirib ki, qiymət artımı, əsasən,  kommersiya  obyektlərinin hesabına baş verib.

Onun sözlərinə  görə, ötən ay  kommersiya obyeklərinin qiyməti 3,6 faiz bahalaşıb. “Artım struktur dəyişiklikləri ilə bağlıdır. Bazarda qiymətlər bahalaşdığından iri obyektlərə təlabat azalıb. Əsasən, orta tutumlu kommersiya obyektləri  alınır”.

Ancaq ilin əvvəli ilə müqayisədə  iyulda bu sektorda qiymətlər 16,8 faiz azalıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə də kommersiya obyektlərinin qiymətlərində  20,2 faiz azalma müşahidə edilib.

Daşınmaz əmlak nə qədər ucuzlaşıb?

Şirkət rəhbəri ilin əvvəli ilə müqayisədə ötən ay daşınmaz əmlak bazarında qiymətlərin 25,58 faiz ucuzlaşdığını deyib. Son bir ildə isə bazarda 25,58 faiz azalma baş verib.

N.İbrahimov təkrar mənzil və torpaq bazarında da eyni tendensiyanın müşahidə olunduğunu, qiymətlərin ucuzlaşdığını bildirib. İyul  ayında təkrar bazarda 2,21 faiz azalma olub. Bu sektorda  ilin əvvəli ilə müqayisədə  32,76 faiz, ötən ilin   həmin dövrü ilə müqayisədə isə  36,7 faiz ucuzlaşma müşahidə edilib.

Torpaqlar da ucuzlaşıb

Şirkət rəhbərinin sözlərinə görə, iyul ayında torpaq bazarında qiymətlər 0,4 faiz azalıb. İlin əvvəli ilə müqayisədə torpağın qiyməti 28,3 faiz enib. Ötən ilin iyul ayı ilə müqayisədə isə torpaqlar 30,8 faiz ucuzlaşıb.

N.İbrahimovun sözlərinə görə, ilin sonuna qədər qiymətlərdə artım ola bilər. Payızda isə mövsümlə bağlı daşınmaz əmlak bazarında qiymətlərin bahalaşması gözlənilir.       

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270