ƏMLAK

İpoteka faizləri yüskələcək, mənzil qiymətləri artacaq – UÇOT DƏRƏCƏSİ
05 AVQUST
423

İpoteka faizləri yüskələcək, mənzil qiymətləri artacaq – UÇOT DƏRƏCƏSİ

2016-08-05 15:25:00

Xəbər verdiyimiz kimi, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7%-dən 9,5%-ə qaldırılmışdır. Qərar 8 Avqust tarixindən qüvvəyə minəcəkdir.

Fins.az-ın “Marja”-ya istinadən məlumatına görə, uçot dərəcəsinin qalxması mənzillərin qiymətinin artmasına səbəb ola bilər. Çünki, faiz dərəcələri artdıqda əmanət faizləri də qalxır. Pulun qiyməti qalxdığından banklar kreditlərin faizlərini qaldırmaq məcburiyyətində qalacaqlar.

Bu ilin Mart ayında Mərkəzi Bank uçot dərəcəsini 5%-dən 7%-ə qaldırandan bir müddət sonra ipoteka faizləri də yüksəlmişdi. Azərbaycan Beynəlxalq Bankı illik 8%-lə təklif etdiyi ipoteka kreditinin faiz dərəcəsini 10%-ə qaldırdı.  Bu, başa düşülən idi. Çünki Beynəlxalq Bank pulu daha baha cəlb edirdi. Bir vaxtlar əmanət üçün 10-12% təklif edən banklar, bu gün 15-18%-lə əmanət qəbul edirlər.

TƏKLİF AZALACAQ

Avqustun 8-dən faiz dərəcəsinin 2,5% artması ipoteka faizinin də bir o qədər artaraq 12%-i keçəcəyi gözlənilir. İpoteka faizlərinin artmasının mənzil alışlarını daha da azaldacağı gözlənilir. Onsuz da son zamanlar mənzillərə tələb kəskin azalmışdı. Tələbin azaldığını görən tikinti şirkətləri yeni mənzil tikintisi layihələrini təxirə salacaqlar və nəticədə də bazarda təklif azalacaqdır. Tikilən mənzillərin sayı azaldığından bir müddət sonra qiymətlər yüksələməyə başlayacaqdır. Ehtimal ki, mənzil almaq üçün əsl fürsət bu gündür. Qiymətlər artıq dibi görmüş ola bilər. İpoteka faziləri qalxmamış və mənzillərin qiymətləri yüksəlməmiş bugünkü ipotekaşərtlərilə mənzil alanlar uda bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272