ƏMLAK

“Akkord”un xalis zərəri $21 mln.-u ötüb
01 AVQUST
288

“Akkord”un xalis zərəri $21 mln.-u ötüb

2016-08-01 16:12:00

2015-ci ildə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”ASC-nin xalis zərəri 21 mln. 776,585 min manat (2014-cü ildəki 19 mln. 812,152 min manata qarşı) təşkil edib. Fins.az “İnterfaks-Azərbaycan”-a istinadən xəbər verir ki, bu barədə ASC-dən məlumat verilib.

Maliyyə hesabatına əsasən, 2015-ci ildə “Akkord”un əməliyyat gəliri 56 mln. 799,047 min manat (artım 2,05 dəfə), satışların maya dəyəri 26 mln. 616,368 min manat (azalma 3,8 dəfə), gəlirləri 39 mln. 141,718 min manat (azalma 3,9 dəfə) təşkil edib.

Bundan əlavə, ötən il cəmiyyətin ümumi və inzibati xərcləri 50,6% - 12 mln. 383,242 min manatadək azalıb.

“Akkord” 2015-ci ildə aktivlərini 7,2% - 755 mln. 511,6 min manatadək artırıb. Qeyd olunan dövrdə korporasiyanın qısamüddətli aktivləri 17,5% - 329 mln. 501,124 min manatadək azalıb, uzunmüddətli aktivləri 39,5% - 426 mln. 10,476 min manatadək artıb.

1 yanvar 2016-cı il tarixinə ASC-nin öhdəlikləri 580 mln. 222,366 min manata (artım 5,3%), o cümlədən qısamüddətli aktivləri 55 mln. 493,937 min manata (artım 1,7 dəfə), uzunmüddətli aktivləri 524 mln. 728,428 min manata (artım 1,2%) bərabərdir. Cari ilin əvvəlinə “Akkord”un uzunmüddətli kredit və öhdəlikləri 346 mln. 762,753 min manat təşkil edir.

2016-cı il yanvarın 1-nə cəmiyyətin səhmdar kapitalı 175 mln. 289,234 min manata (artım 14,2%), nizamnamə kapitalı 74 mln. 112,5 min manata (dəyişməyib) bərabərdir.

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC 2010-cu ilin avqustunda “Akkord İnşaat Sənaye” ASC və “Yeni İnşaat Konsaltinqi” MMC tərəfindən təsis edilib. Korporasiyanın səhmdarları bir hüquqi və 2 fiziki şəxsdir. Nizamnamə kapitalı 84 mln. 1,785 min manata bərabərdir. “Akkord” iki seqmentdə - tikinti və istehsal sahələrində fəaliyyət göstərir. Korporasiya müxtəlif tikinti materiallarının istehsalı ilə məşğul olur, yol-nəqliyyat infrastrukturunun tikintisi üzrə bir sıra layihələrin podratçısıdır. Bundan başqa, şirkət Bakıda və Abşeron yarımadasında yaşayış komplekslərinin tikintisi ilə məşğul olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272