ƏMLAK

Azərbaycan nəhəng sənaye obyektini - ÖZƏLLƏŞDİRMƏYƏ ÇIXARIB
26 İYUL
1003

Azərbaycan nəhəng sənaye obyektini - ÖZƏLLƏŞDİRMƏYƏ ÇIXARIB

2016-07-26 14:25:00

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) “Daşkəsən Filizsaflaşdırma” ASC-ni qiymətləndirəcək nüfuzlu maliyyə qurumunun seçilməsi üçün hökumətə müraciət edib. Fins.az xəbər verir ki, Komitənin strateji özəlləşdirmə şöbəsinin rəhbəri Yalçın Camalov bildirib ki,  bu məqsədlə satınalma prosedurlarına başlamaq üçün müvafiq dövlət strukturlarına rəsmi müraciət olunub.

“Cavab gələn kimi biz müəssisənin qiymətləndirilməsini həyata keçirəcək maliyyə qurumunun seçilməsi ilə bağlı elanımızı özəlləşdirmə portalında, Komitənin saytında və KİV-də yerləşdirəcəyik”.

Komitə rəsmisinin sözlərinə görə,  “Daşkəsən Filizsaflaşdırma” ASC investisiya müsabiqəsi yolu ilə özəlləşdiriləcək. Bu  zaman yerli və xarici investorların iştirakına məhdudiyyət qoyulmayacaq. 

“Biz əsasən, regionlarda rəqabət qabiliyyətli, fəaliyyəti dayanmış, ölkənin iqtisadi inkişafına əsaslı fayda verə biləcək müəssisələrin investisiya müsabiqəsi yolu ilə özəlləşdirməyi düşünürük. Bu zaman  müəssisəyə investisiya qoyuluşu, istehsalın bərpa olunması və onun inkişafı hədəf götürülür. Ona görə dəpotensial investorlardan investisiya proqramının icrasını tələb edirik”.

Y.Camalov deyib ki,  məsləhətçi şirkətlə  birgə “Daşkəsən Filizsaflaşdırma” ASC-nin  texniki-iqtisadi təhlilləri aparılacaq, müəssisənin iqtisadi inkişaf istiqamətləri müəyyənləşdiriləcək. “Marketinq araşdırması aparılacaq. Təhlillər nəticəsində şərtlər toplusu  hazırlanacaq. Bu, investorun qarşısında qoyulacaq əsas sənəd olacaq”.

Qeyd edək ki, sənəddə ASC-də yerli xammala əsaslanan, ixracyönümlü idxalı əvəzləyən  polad məhsullarının  istehsalını özündə əks etdirən bir klasterin qurulması əsas şərtlərdən biri olacaq.  Regionlarda minimum 1000 iş yerinin açılması,  daxili bazarın son məhsula olan ehtiyacını ödəmək üçün istehsalın qurulması da mühüm tələblərdəndir. Eyni zamanda, özəlləşdirmə prosesində əmək haqqı borclarının ödənilməsi, digər sosial məsələlərin də həllini tapması gözlənilir”.

Şöbə rəhbərinin sözlərinə görə, Dəskəsəndəki investisiya proqramının 2 -3 ilə yerinə yetirilməsi proqnozlaşdırılır. “Proqramın monitorinqi müsbət nəticələndikdən sonra müvafiq şəhadətnamə alıcıya təqdim ediləcək. O da  həmin şəhadətnamə əsasında müəssisəsinin səhmlərini öz adına rəsmiləşdirəcək”.

Xatırladaq ki, iyulun 13-də Prezident İlham Əliyevin  imzaladığı sərəncamla Daşkəsən Filizsaflaşdırma” ASC özəlləşməyə açılıbASC-nin  balansında olan əmlakla birgə ƏMDK –nın sərəncamına verilməsi və bununla bağlı təhvil-təslim işlərinin bir ay müddətində başa çatdırılması Nazirlər Kabinetinə tapşırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275