ƏMLAK

Azərbaycanlılar Türkiyədə nə qədər ev alıb?
25 İYUL
459

Azərbaycanlılar Türkiyədə nə qədər ev alıb?

2016-07-25 17:39:00

Azərbaycan vətəndaşları 2016- c ı ilin yanvar-iyun ayında azərbaycanlılar Türkiyədə 336 mənzil alıb. Fins.az Türkiyə Statistika Komitəsinə (TSK) istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,84 faiz azdır.

Azərbaycan vətəndaşları təkcə bu ilin iyun ayında Türkiyədə 63 mənzil alıb. Ötən ilin iyun ayında isə azərbaycanlılar qonşu ölkədə 72 mənzil alıblar.

TSK-nın açıqlamasına görə, Türkiyə mənzil bazarına ən çox maraq göstərən ölkələr sırasında ilk üçlüyə İraq, Rusiya və Səudiyyə Ərəbistanı olub. İraq vətəndaşları bu il Türkiyədən 214, Rusiya vətəndaşları 114, Səudiyyə Ərəbistanı vətəndaşları 112 mənzil alıblar. Bundan əlavə, Küveyt vətəndaşları Türkiyədə 110, Əfqanıstan vətəndaşları isə 107 mənzilə sahib olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272