ƏMLAK

Ticarət mərkəzləri kommersiya obyektlərini «udur»
21 İYUL
384

Ticarət mərkəzləri kommersiya obyektlərini «udur»

2016-07-21 15:44:00

Bakıdakı kommersiya obyektlərinin qiyməti 2 dəfə azalıb. Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı fins.az-a açıqlamasında bildirib ki, xüsusilə bahalı obyektlər ucuzlaşıb:

«Əvvəllər kommersiya obyektləri ən yaxşı gəlirli əmlak hesab olunurdu. Ancaq indi onlar o qədər də gəlir gətirmir, ona görə də xeyli ucuzlaşıb. Bir müddət öncə 1 milyon manata satılan kommersiya obyektləri bu gün 500- 550 min, bəzən 600 min manata təklif olunur”.

Eləcə də bax: «700 manata başa gələn evi 2500 manata satırlar» - SÜNİ BAHALAŞMA

R.Osmanlı qeyd edib ki, kommersiya obyektlərinin belə kəskin ucuzlaşmasının səbəbi iri ticarət mərkəzlərinin işı düşməsidir. Belə mərkəzlərdə mağazaların sayının çox olması çeşidlərin də bol olmasına gətirib çıxarır: «Həmin obyektlərdə (ticarət mərkəzlərində)rəqabət də artdığından (mağazalar çox olduğuna görə) qiymətlər nisbətən ucuzdur».

Qeyd edək ki, son illər paytaxtda işə düşən ticarət mərkəzlərinin əksəriyyəti həm də əyləncə mərkəzi funksiyasını yerinə yetirir. Bu da müştərilərin diqqətini cəlb edir və kənar obyektlərə marağı azaldır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275