ƏMLAK

Sosial evlər mərkəzə yaxın olacaq - AÇIQLAMA
15 İYUL
584

Sosial evlər mərkəzə yaxın olacaq - AÇIQLAMA

2016-07-15 15:43:00

Sosial evlərin tikilməsi üçün əlverişli olan torpaq sahələrinin seçilməsində ciddi irəliləyiş var. Fins.az xəbər verir ki, bunu Prezident Yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev deyib. Bildirib ki, Bakı şəhərinin müxtəlif yerlərində bir çox torpaq sahəsinə baxış keçirilib. “Qiymətləndirmədən sonra onlardan bir neçəsi güzəştli mənzillərin tikintisi üçün uyğun hesab edilib. Torpaq sahələrinin seçilməsində, ilk növbədə, şəhərin inkişaf perspektivləri nəzərə alınıb”.

Qiymətləndirmə zamanı həmin ərazilərin iş yeri mərkəzlərinə yaxın olması, bu zonalarda nəqliyyat və mühəndis-kommunikasiya şəbəkəsinin mövcudluğu əsas meyarlardan olub. S.Nuriyev bildirib ki, indi həmin torpaq sahələrinin əldə edilməsi prosesi gedir. Eyn i zamanda layihələndirmə işlərinin aparılmasına hazırlıq görülür. Qeyd edək ki, sosial evlərin tikilməsi üçün Gəncə, Sumqayıt, Lənkəran, Masallı və Şəmkir şəhərlərində də ayrılan torpaq sahələrinə baxış keçirilib, ilkin dəyərləndirmə işləri aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275