ƏMLAK

Bakıda ilk dəfə yeni binaya köçənlərə çıxarış verildi
14 İYUL
258

Bakıda ilk dəfə yeni binaya köçənlərə çıxarış verildi

2016-07-14 12:26:00

Bakıda ilk dəfə olaraq  yeni yaşayış binası çıxarış  və texniki passportu ilə birlikdə  sakinlərə tam təmirli şəkildə təhvil verilib. Söhbət Melissa Groupun ən böyük layihəsi olan Melissa Park Yaşayış kompleksindən gedir. Yaşayış kompleksi 20 Yanvar metrosu yaxınlığında yerləşir. 16-20 mərtəbəli 22 yaşayış binadan ibarətdir. İyul ayının əvvəlindən etibarən ilk bina tam təmirli şəkildə  sahiblərinə təhvil verilib. Bir otaqlı mənzillərin sahəsi 25, iki otaqlı mənzillər 62,8, üç otaqlı mənzillər 92,6 kvadratmetrdir.Binada 256 ailə yaşayacaq.

Hilton otelində keçirilən mətbuat konfransında şirkətin rəhbəri Xəzər Məmmədov  fins.az-a bildirib ki, bu yaşayış kompleksinin əsas üstünlüyü  mənzilə köçməmişdəm əvvəl  sahiblərinə çıxarış və texniki passportla birlikdə təhvil verilməsidir: “Belə ki, Bakının böyük hissəsində sakinlərində evlərinin çıxarışları yoxdur və bunu əldə etmək üçün binanın təhvil verilməsini gözləmək lazım gəlir. Bizdə isə yeni yaşayış kompleksində sakinlər evlərinə köçməmişdən əvvəl çıxarış  və texniki passportla təmin edilir”.

İpoteka krediti ilə ilkin ödənişsiz mənzillər satılır

Şirkətin təklif etdiyi şərtlərin daha bir üstün cəhəti buradakı mənzilləri ipoteka ilə ilkin ödənişsiz, zaminsiz və arayışsız  20 il müddətinə satılmasıdır. X.Məmmədov bildirib ki, satılan mənzillərin 30-40 %-i hətta ilkin ödənişsiz olaraq ipoteka krediti ilə müştərilərə satılıb və aylıq ödəmələri banka köçürməyə başlayıblar. Bu güzəşti də ilk dəfə “Melissa Group” şirkəti müştərilərə təklif edir. Hazırda “Melissa Park” Yaşayış kompleksindəki mənzillər illik faiz dərəcəsi 10% olan 20 illik ipoteka ilə təklif olunur. Məsələn, 10% ilkin ödəniş edildikdə, 25m2-lik mənzili ayda 314 manata, ilkin ödəniş edilmədikdə isə ayda 359 manata ilə əldə etmək olar. 

Evi geri qaytarmaq istəyənlər pullarını tam alacaqlar

“Melissa Group”dan ev almağın digər üstünlüyü odur ki, burada evin pulunbu ödəyə bilməyənlərin pulu batmır. X.Məmmədov bildirib ki, yaranan maddi çətinlik üzündən ipoteka kreditini ödəyə bilməyərək evi geri qaytarmaq istəyən müştərilərə də şərait yaradılıb. Belə ki, geri qaytarılan mənzil  2 ay ərzində satılır. Bundan sonra müştərinin ödədiyi məbləğ tam olaraq geri qaytarılır.      

Bu evlərdə kommunal xərclərə qənaət etmək olacaq

“Melissa Group”un yaşayış kompleksində keyfiyyətə xüsusi önəm verilir. Belə ki, tikintidə istifadə edilən betonun tikinti sahəsinə vaxtında çatdırılması və onun kefiyyətinə nəzarət etmək üçün  yaşayış kompleksinin ərazisində  gücü 50 m3/saat olan beton qovşağı yaradılıb. İstifadə edilən tikinti materiallarının kefiyyətini yoxlamaq üçün nümunələr laboratoriyalarda daim yoxlanılır. Bundan əlavə mənzillərin fasadında xüsusi örtük materiallarından istifadə edilir ki, bu da mənzil sahiblərinin komunal xərclərə qənaət etməsində yardımçı olacaq. Belə ki, bu materiallar mənzilin yayda sərin, qışda isə isti olmasını təmin edir. Burada istifadə edilən tikinti materialları isə Avropanın qabaqcıl ölkələrindən gətirilir. Bundan əlavə, binların zirzəmi qatlarında 2-3 mərtəbədən ibarət avtomobil dayanacaqlarının tikilməsi nəzərdə tutulub. X.Məmmədovun sözlərinə görə, ümumilikdə isə 5.4 hektar ərazidə yerləşən yaşayış kompleksi 4 min ailə üçün nəzərdə tutulub. Yaşayış kompleksi 6-7 il ərzində istifadə veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272