ƏMLAK

Neft torpaqlarının təyinatı dəyişdiriləcək-SƏRƏNCAM
13 İYUL
396

Neft torpaqlarının təyinatı dəyişdiriləcək-SƏRƏNCAM

2016-07-13 22:05:00

Azərbaycanda boşalmış xüsusi neft-qazçıxarma zonalarının torpaqlarının təyinatı dəyişdiriləcək.

Fins.az xəbər verir ki, bu, Prezidenti İlham Əliyevin iyulun 13-də təsdiq etdiyi “Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Dövlət Neft Şirkəti, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr 2016-2020-ci illərdə torpaqlardan səmərəli istifadə olunması və onların mühafizəsi məqsədi ilə istismarçı təşkilatların təsərrüfat məqsədləri üçün istifadələrində saxlanılması zəruri hesab olunmayan və rekultivasiya tələb edən boşalmış xüsusi neft-qazçıxarma zonalarının torpaqlarında inventarlaşdırma işləri aparılaraq müvafiq təkliflərin hazırlanmasını həyata keçirməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275