ƏMLAK

İcra hakimiyyətləri və bələdiyyələr torpaqları - QANUNSUZ PAYLAYIBLAR
13 İYUL
610

İcra hakimiyyətləri və bələdiyyələr torpaqları - QANUNSUZ PAYLAYIBLAR

2016-07-13 10:23:00

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) apardığı araşdırmalar ölkədə torpaqlardan istifadə ilə bağlı çoxsaylı pozuntu hallarını aşkar edib. Komitədən fins.az-a verilən məlumata görə, pozuntular həm torpaqların ayrılması, həm də artıq paylanmış və icarəyə verilmiş torpaqların istifadəsi ilə bağlıdlır.

Əkin sahələri istifadəsiz qalıb

Komitənin araşdırmalar göstərib ki, hazırda ölkə rəhbərliyinin və ictimaiyyətin ciddi diqqət mərkəzində olan məsələdə – əkin sahələrinin istifadəsində böyük çatışmazlıqlar var. Belə ki, aparılan monitorinq və müşahidələr nəticəsində aşkar edilib ki, respublika üzrə mövcud olan 1.8 mln. hektar əkin sahəsinin 198 min hektarı (11,3%) istifadə olunmur.

Qannusuz karxanalar və balıq gölləri

Bundan başqa, məlum olub ki, əkin sahələrinin bir hissəsi başqa məqsədlərlə istifadə edilir. Belə ki, 2,6 min hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 91 qanunsuz daş, qum-çınqıl karxanaları, 6 min hektar torpaq sahəsində isə 222 qanunsuz balıq gölləri yaradılıb.

İcra hakimiyyəti və bələdiyyələrin qanunsuz qərarları

Torpaqların qanunsuz istifadəsində , ümumiyyətlə bu sahədə pozuntularfın əsas səbəblərindən biri yerli icra hakimiyyətləri və bələdiyyələrin torpaqların7 ayrılmasıf ilə bağlı qanunsuz qərarları olub. Belə ki, araşdırmalar göstərib ki, icra hakimiyyətləri və bələdiyyələr 1204 hektar torpaq sahəsinin qanunsuz istifadəyə, icarəyə, mülkiyyətə verilməsinə, təyinatının qanunsuz dəyişdirilməsinə dair 245 qərar qəbul ediblər.

Əkin sahələrini başqa məqsədlərlə ayırıblar

Bundan başqa, yerli icra hakimiyyətləri və bələdiyyələr kənd təsərrüfatı torpaqlarını bəzi hallarda qanunsuz olaraq digər məqsədlərlə ayırırlar. Belə ki, ötən dövrlər ərzində yerli icra hakimiyyətləri tərəfindən 72 min hektar torpaq sahəsi, bələdiyyələr tərəfindən 15 minə yaxın hektar qeyri kənd təsərrüfatı məqsədləri üçün ayrılıb. 122 min hektar torpaq sahəsi isə keçmiş icarəçilər tərəfindən icarə müqaviləsi olmadan istifadə edilir.

44 min hektar torpaq istifadəsiz qalıb

Araşdırmalar göstərib ki, hazırda icarəyə verilən dövlət torpaqlarının bir hissəsindən ümumiyyətlə istifadə edilmir. Belə ki, respublikanın şəhər və rayonları üzrə 20 minə yaxın torpaq icarəçisinin istifadəsində olan 1,2 mln. hektar torpaq sahəsinin 44.3 min hektarı faktiki istifadəsiz qalıb.

Tədbirlər görülür

Bu sahədə nəzarəti həyata keçirən torpaq müfəttişləri 19.2 min pozuntu halı aşkar ediblər, bundan 4479 hal ciddi pozuntu (13686 fərdi yaşayış evi istisna olmaqla) hesab olunur. Bu hallarla bağlı fiziki və hüquqi şəxslərə 1169 xəbərdarlıq edilib, 349 inzibati protokol tərtib olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270