ƏMLAK

İpoteka ilə satılan «novostroyka»lar bahalaşdı - MƏBLƏĞLƏR
11 İYUL
2477

İpoteka ilə satılan «novostroyka»lar bahalaşdı - MƏBLƏĞLƏR

2016-07-11 12:40:00

Azərbaycanda fəaliyyət göstərən tikinti şirkətləri satış şərtlərini dəyişiblər.Fins.az-ın məlumatına görə, indiyədək yeni tikililərin satışı üçün vıerilən ipoteka kreditlərinin illik faiz  dərəcəsi 8%-dən 10%-ə qaldırılıb.

Nəticədə kreditlərin effektiv faiz dərəcəsi 4,4%-dən 5,6%-ə qalxıb.

Eləcə də bax: Beynəlxalq Bank ipoteka kreditlərini bahalaşdırıb

Dəyişikliklər paytaxtda böyük tikinti layihələri həyata keçirən «Kristal Abşeron» şirkətindəki satışlara da təsir edib. Şirkətdən verilən məlumata görə, faizlərin qaldırılması şirkətin ipotkeka partnyoru olan Azərbaycan Beynəlxalq Bankının ipoteka kreditlərinin faiz dərəcəsini artırması ilə əlaqədardır. 

Xatırladaq ki, ABB "Kristal Abşeron", "Bakı Ağ Şəhər", "Renessanse Palace", "Yeni Həyat" və s. layihələrdəki mənzillərin kreditlə satışını maliyyələşdirən ABB ipoteka kreditlərinin faizlərini qaldırıb. Nəticədə bu şirkətlərdən kreditlə ev alan müştərilərin aylıq ödənişləri artıb. 

İpoteka faizlərinini artması nəticəsində ödənişlərin necə artdığını aşağıdakı cədvəldən izləmək olar:

Evin qiyməti

Aylıq şdəniş

İllik 8%-lə

Illik 10%-lə

30 000

250 manat

289 manat

40 000

334 manat

386 manat

50 000

418 manat

482 manat

60 000

502 manat

579 manat

70 000

585 manat

675 manat

Bəzi şirkətlərdə isə ipoteka faizləri ilə yanaşı, satış qiymətləri də yüksəlib. Belə ki, metronun Elmlər Akademiyası yaxınlığında layihə həyata keçirən «Renessans Palace» şirkətindən fins.az-a bildirilib ki, iyunun 1-dən etibarən şirkətin layihələrində 1 kvadratmetrin minimum qiyməti 1550 manatdan 1650 manata qaldırılıb. Hazırda şirkətin qiymətləri 1650-1900 manat ətrafında dəyişir. 

Moskva (keşçmiş Tbilisi) prospektində tikinti həyata keçirən «Qrand Həyat» şirkətindən  isə bildirilib ki, burada minimum qiymətlər 1550 manatdan başlayır: «Əvvəllər burada qiymətlər 1150 manatdan başlayırdı, amma həmin qiymətə olan mənzillərin hamısı satılıb. İndiki ən aşağı qiymətlər 1550 manatdan başlayır».

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272