ƏMLAK

Bakı yaxınlığında yeni şəhərcik tikilir – GÜZƏŞTLİ SATIŞ OLACAQ
01 İYUL
3989

Bakı yaxınlığında yeni şəhərcik tikilir – GÜZƏŞTLİ SATIŞ OLACAQ

2016-07-01 10:38:00

Azərbaycanda iri tikinti layihələri icrna edən AAAF şirkəti Bakı yaxınlığında yeni yaşayış massivinin tikintisinə başlayır. Gənclər şəhərciyi adlanan yeni massiv Xırdalan rayonu ərazisində, Qafqaz universitetinin yaxınlığında inşa ediləcək.

AAAF-in ictimaiyyətlə əlaqələr üzrə meneceri Kənan Məstəliyev fins.az-a bildirib ki, Gənclər şəhərciyində həm gəncə ailələr həm də tələbələr üçün şərait yaradılacaq: «Şəhərcik əsasən gənc təbəqə üçün nəzərdə tutulub».

Layihəyə görə, şəhərcikdə çox da hündür olmayan 3-4 mərtəbəli yaşayıçş binaları inşa ediləcək. Burada həm satış, həm də kirayə üçsün mənzillər, tələbə yataqxanalara və ucuz qiymətə gecələmək imkkanı verən hostellər olacaq. Tikililərin bir hissəsi satılacaq. Digər hissə isə tələbə və ailələrə kirayə veriləcək. Kirayə haqları güzəştli olacaq: «Sakinlər burada sosial şərtlərlə qala biləcəklər».

K.Məstəliyevin sözlərinə görə, şəhərcikdə ev almaq istəyən gənc ailələrə xüsusi güzəştlər tətbiq ediləcək. Güzəştlər həm qiymətlərdə, həm də satışın digər şərtlərində hiss olunacaq. Bununla yanaşı, şəhərcikdə istənilən yaş qrupundan olan vətəndaşlar əmlak ala biləcək. Ümumilikdə şəhərcikdə bir neçə min nəfərin yaşaması nəzərdə tutulub. Bu məqsədlə massivdə sosial obyektlər də inşa ediləcək.

Artıq kompleksdə tikinti işlərinə başlapnıb, ilk binanın təməli qoyulub. Tikinti işlərində 1000 nəfərdən artıq işçinin çalışması nəzərdə tutulur.İşlər başa çatdıqdan sonra isə yaşayış massivində müxtəlif xidmətlərin göstərilməsində 200-300 nəfər çalışacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272