ƏMLAK

Əmlak Komitəsi torpaq sahiblərini - QEYDİYYATA ÇAĞIRIB
29 İYUN
641

Əmlak Komitəsi torpaq sahiblərini - QEYDİYYATA ÇAĞIRIB

2016-06-29 15:45:00

Əmlak Məsələləri Dövlət Komitəsi Gəncə və Şəkidəki torpaq və əmlak sahiblərini öz əmlaklarını dövlət qeydiyyatına almağa çağırıb. Komitənin açıqlamasında bildirilir ki, adı çəkilən bölgədə həyata keçirilən beynəlxcalq layihə çərçivəsində bütün əmlaklar və torpaq sahələri dəqiq ölçülüb. Nəğticədə bu torpaqların FAKTİKİ ölçülərlə qeydiyyatı üçün çoxdan gözlənilən imkan yaranıb. «İndi vətəndaşlar bu imkandan istifadə edə bilərlər»- deyə açıqlamada bildirilir.

Əmlak Məsələləri Dövlət Komitəsi torpaq və digər daşınmaz əmlaklar üzərində mülkiyyət hüququnun qeydiyyatının sadələşdirilməsi, daşınmaz əmlakların sənədləşdirilərək leqallaşdırılması, eləcə də əmlak sahiblərinin hüquqlarının qorunması ilə bağlı tədbirlərini davam etdirir. Komitədən fins.az-a verilən məlumata görə, bu işlər Komitənin xətti ilə həyata keçirilən beynəlxalq layihələr çərçivəsində də aparılır və burada ƏMDK-nin xarici tərəfdaşları da fəal iştirak edirlər. Hazırda Azərbaycanın daşınmaz əmlak sektorunda növbəti böyük layihə reallaşdırılır. 

Gəncə və Şəkidə əmlaklar qeydiyyata alınır

Azərbaycan və Almaniya hökumətləri arasında müqaviləyə uyğun olaraq Gəncə və Şəkidə “Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı” Layihəsi həyata keçirilir. 2013-cü ildən etibarən reallaşan bu layihə Gəncə və Şəkinin bütün ərazisi üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının və rəqəmsal kadastr xəritələrinin yaradılmasını nəzərdə tutur. Almaniyanın KfW Bankının maliyyə dəstəyi ilə həyata keçirilən layihəyə nəzarət edən qurum Əmlak Məsələləri Dövlət Komitəsi, layihənin icraçısı isə Almaniyanın GFA/GCİ konsorsiumudur. 

250 min hektarı əhatə edən layihə

Layihə isə Gəncə və Şəkinin bütün ərazisini, yəni 250 min hektarı əhatə edib. Layihə çərçivəsində bu ərazilərdəki bütün əmlakların, torpaqlar, həyətyanı sahələr, mənzillər və sair əmlaklar yenidən ölçülməsi, sərhədlərinin və ölçülərinin dəqiqləşdirilməsi, bu göstəricilərin elektron bazaya daxil edilməsi  nəzərdə tutulurdu. Məqsəd, vətəndaşların malik olduğu torpaq sahələrinin real sərhədlərini və ölçülərini dəqiqləşdirmək, eləcə də bu sahədəki mümkün problemlərin səbəblərini müəyyənləşdirməkdir. 

Yeni xəritələr tərtib edilib

Hazırda layihə çərçivəsində bütün çöl-ölçmə işləri tamamlanıb, Ümumilikdə bu işlər zamanı Gəncədə və Şəkidə 240 485 ha ərazi (12 225 ha Gəncədə 227 931 ha Şəki rayonunda) və 220 minə yaxın əmlak üzrə ölçmələr aparılıb. Əhaliyə məxsus olan bütün daşınmaz əmlaklar - ev, mənzil, həyətyanı və pay torpaqları və kommersiya obyektilərinin  sərhədləri dəqiqləşdirilib, sənədləri öyrənilib. Eləcə də bu əmlakların sənədləri öyrənilib.  Hazırda toplanan məlumatların emalı və elektron xəritələrə yerləşdirilməsi işləri gedir. Məlumatların bir hissəsi artıq emal olunaraq yeni xəritələrdə əksini tapıb, eləcə də Əmlak Məsələləri Dövlət Komitəsinin kadastr sistemlərinə oturulub. Bununla da, həyata keçirilən Layihə əmlakın qeydiyyatının qat-qat sadələşməsinə və vətəndaşların vaxt itkisinin azalmasına imkan verib.

Torpaqlar faktiki göstəricələrlə qeydiyyata alınacaq

Nəticədə, həmin bölgədə yaşayan sakinlər və əmlak sahibləri artıq öz əmlaklarını və torpaqlarını yeni – FAKTİKİ göstəricilərlə dövlət qeydiyyatına ala bilərlər. Bunun üçün vətəndaşlar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) qeydiyyat idarələrinə (Gəncə və Şəki qeydiyyat idarələri – ünvanları aşağıda göstərilib) müraciətlər edə bilərlər. 

«Bu imkandan yararlanın»

Əmlak Məsələləri Dövlət Komitəsi adı çəkilən bölgədəki əmlak sahiblərini bu imkandan yararlanmağa və əmlaklarının qeydiyyatı üçün müraciət etməyə dəvət edir. Bununla da, torpaq və digər əmlakların sərhədləri, ölçüləri və koordinatları ilə bağlı mövcud olan mübahisələr aradan qalxacaq və vətəndaşlar əmlaklarını tam sənədləşdirərək ona olan qanuni hüquqlarını tam şəkildə reallaşdıra (o cümlədən özlərinə məxsus daşınmaz əmlakı biznes proseslərində istifadə edə) biləcəklər.  

Əmlak Komitəsi suallara Facebookda cavab verəcək

Qeyd edək ki, ərazi qeydiyyat idarələrində vətəndaşlar əmlaklarının qeydiyyatı ilə yanaşı, bu proseslə əlaqədar olan istənilən suallarla bağlı müraciətlərini ünvanlaya, komitə əməkdaşlarından ətraflı cavab ala bilərlər.

Vətəndaşlar qeydiyyat məsələləri ilə bağlı suallarını Komitənin rəsmi internet səhifəsi, ƏMDK-nin və DƏDRX-in qaynar xətlərinə müraciət etməklə də ünvanlaya bilərlər. Bundan əlavə, Gəncə və Şəkidəki əmlak sahiblərinin müraciətlərinin sadələşdirilməsi və onlara dəstək məqsədilə «Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı» layihəsi çərçivəsində Facebook səhifəsi də yaradılmışdır (Gəncə və Şəkidə daşınmaz əmlakın qeydiyyatına dəstək - https://www.facebook.com/dasinmazemlakinqeydiyyati/ ). Vətəndaşlar bu səhifəyə müraciət etməklə əmlakın qeydiyyatı ilə bağlı Komitə əməkdaşlarından və Layihə İcra Qrupunun üzvlərindən ətraflı məlumat ala bilərlər.  

Qeydiyyat sadələşəcək

Qeyd edək ki, adı çəkilən Layihə zamanı toplanan məlmatlar daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı prosesində bu gün mövcud olan bir sıra problemlərin həllinə kömək edəcək. Daşınmaz əmlakın dövlət qeydiyyatı ilə bağlı prosedurlar sadələşdiriləcək, qeydiyyata sərf olunan vaxt azalacaq, məlumatların dəqiqliyi təmin olunacaq. Nəticədə əhaliyə göstərilən xidmət səviyyəsi, habelə şəffaflıq və operativlik daha da artacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272