ƏMLAK

Xarici şirkət «AAAF Park»dan pay aldı
28 İYUN
946

Xarici şirkət «AAAF Park»dan pay aldı

2016-06-28 16:09:00

Azərbaycanda iri tikinti layihələri reallaşdıran inşaat şirkətlərindən biri - «AAAF Park» qüdrətli xarici partnyora yiyələnib. Şirkətdən fins.az-a verilən məlumata görə, Çinin «China İnnovation Enviromental Art Technology Group LTD» (CİEA) şirkəti «AAAF Park»da pay sahibi olub. Bununla əlaqədar olaraq iki şirkət arasında qarşılıqlı dostluq və tərəfdaşlıqla bağlı razılaşma protokolu imzalanıb. Anlaşmaya əsasən, CİEA şirkəti «AAAF Holdinq»in tikinti və biznes layihələrinə müqavilə üzrə 3 ilə 60 milyon dollar vəsait ayıracaq.

İmzalanma mərasimində çıxış edən CİEA şirkətinin rəhbəri Şu Cilaya bu anlaşmanın həyata keçirilməsindən çox razı qaldığını, birgə böyük layihələr reallaşdıracaqlarını bildirib. «AAAF Holdinq»in rəhbəri Tofiq Heydərov isə bildirib ki, CİEA şirkəti ilə birgə əməkdaşlıq və innovativ texnologiyaların tətbiqi ilə biznes çalışmaları yeni sərhədlər açacaq.

«AAAF Park»dan bildirilib ki, imzalanmış sənəd Çin şirkətinin «AAAF»a sərmayə yatıraraq ondan pay almasını nəzərdə tutur. «Çin şirkəti bizim layihələrə öz müasir texnologiyaları və avadanlıqları ilə sərmayə qoyacaq». Bu vəsaitlər AAAF-ın müxtəlif layihələrinin, o cümlədən şirkətin regionlardakı (Astaradakı) tikinti obyektlərinin yüksək səvaiyyəyə çatdırılması üçün istifadə olunacaq»-deyə bildirilib. Qeyd edək ki, «AAAF Park»ın layihələri Xırdalanda, Astarada və Moldovada həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272