ƏMLAK

Mənzil İnşaatı Agentliyinə mətbuat katibi təyin olundu
23 İYUN
304

Mənzil İnşaatı Agentliyinə mətbuat katibi təyin olundu

2016-06-23 14:52:00

Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mətbuat katibi təyin edilib. 

Fins.az-ın “Report”-a istinadən məlumatına görə, MİDA-nın yeni mətbuat xidmətinə Diana Dadaşova başçılıq edəcək.

Qeyd edək ki, ANS TV-nin aparıcısı olan, 2015-ci il oktyabrından isə həm də www.anspress.com saytında redaktor vəzifəsində çalışan D.Dadaşova 1988-ci il təvəllüdlüdür. O, 2010-cu ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin bakalavr, 2013-cü ildə isə "Beynəlxalq münasibətlər" ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomları ilə bitirib.

ANS TV-də "Hesab vaxtı" verilişində aparıcı vəzifəsində çalışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275