ƏMLAK

Komitə sədri: "Sahibkar məhəlləni boşaldıb orada istədiyi qaydada tikinti apara bilməz"
23 İYUN
291

Komitə sədri: "Sahibkar məhəlləni boşaldıb orada istədiyi qaydada tikinti apara bilməz"

2016-06-23 11:46:00

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov Bakının Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının İcra Hakimiyyəti başçılarının müavinləri və baş memarları ilə görüşüb.

Fins.az-ın "APA"ya istinadən xəbərinə görə, A. Ələsgərov bildirib ki, komitənin tikintisi nəzərdə tutulan obyektlər üzrə planlaşdırma tövsiyələri razılaşdırılıb. Belə ki, bunlar  22 obyekt  təşkil edir. Həmçinin, sökülənlərə nisbətdə mənzillərin sayı və onların ümumi sahəsi 5 dəfədən çox artırılıb. Bu zaman hər bir obyekt üzrə ərazinin tikinti sıxlığı əmsalı normativə uyğun, 1 hektarda 20 000 kvadratmetr hesabı ilə götürülüb.

Sədr vurğulayıb ki, söküləcək ərazilərdə tikinti əmsalına və tikinti sıxlığı əmsalına əməl olunması mütləqdir: "Bu gün ötən illərdən fərqli olaraq yaşayış binalarının, avtomobillər üçün dayanacaqların, yaşıllıqların, meydanların, keçidlərin və digər abadlaşdırma obyektlərinin yerləşdirilməsini nəzərdə tutan ilkin layihələndirmə işlərini, o cümlədən məhəllələrin tikinti planlaşdırma layihələrini (5 hektara qədər, lakin 1 hektardan az olmamaqla), əsas şəhərsalma normativləri müəyyən edir. Ayrı-ayrı məhəllələrin necə tikilməsini də yəqin siz müəyyən etməlisiniz. Yəni siz deməlisiniz ki, bu məhəllədə 10 bina, məsələn, beşi 16 mərtəbəli, üçü 14 mərtəbəli və sair olmalıdır. Orada bina tikmək istəyən sahibkar da bilsin ki, o, nə tikəcək. Belə olmamalıdır ki, sahibkar oranı boşaltdı, yerində istədiyi səviyyədə nə isə tikdi, qalanı qaldı. Hər bir məhəllə üçün ayrıca layihə olmalıdır və siz də deməlisiniz ki, burada bu cür ev tikilməlidir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272