ƏMLAK

Əmlak Komitəsi İdarəçilik Akademiyası ilə əməkdaşılıq edəcək
09 İYUN
280

Əmlak Komitəsi İdarəçilik Akademiyası ilə əməkdaşılıq edəcək

2016-06-09 14:56:00

Bu gün Azərbaycan prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Əmlak Məsələləri Dövlət Komitəsiarasında əməkdaşlığa dair memorandum imzalanıb. 

Komitədən Fins.az-a verilən məlumata görə, Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov və akademiyanın rektoru Urxan Ələkbərovun imzaladığı sənəddə tərəflər arasında birgə layihələrin, konfransların, ixtisasartırma kurslarının təşkili, “dəyirmi masa” və seminarların, müzakirələrin keçirilməsi, müxtəlif elmi tədqiqatların, analitik materialların hazırlanması nəzərdə tutulub. 

U. Ələkbərov bildirib ki, prezident İlham Əliyev tərəfindən elmin və təhsilin inkişafına, sosial innovasiyaların geniş tətbiqinə xüsusi diqqət göstərilir. 

Rektor komitənin vətəndaşlara xidmət sahəsindəki fəaliyyətini yüksək qiymətləndirib və bildirib ki, bu fəaliyyət müasir innovativ konsepsiya olmaqla yanaşı, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hədəflərindəndir. Dövlət Komitəsi ilə qarşılıqlı əməkdaşlığın genişlənməsinin səmərəli olacağına və Akademiyada təhsil alan, dövlət idarəçilik sahəsində ixtisaslaşan gənclərin və dövlət qulluqçularının praktik biliklərinin genişlənməsinə daha bir imkan əldə edəcəyimizə inanırıq. 

R. Cəlilov bildirib ki, fəaliyyətində hər zaman səmərəliliyin artırılmasını, ölkə vətəndaşlarına və biznes qurumlarına yüksək səviyyədə xidmət göstərilməsini əsas götürən Əmlak Məsələləri Dövlət Komitəsi qabaqcıl dünya təcrübəsindən və müasir yanaşmalardan geniş şəkildə yararlanır. Komitə əsas fəaliyyət istiqamətlərində - torpaqların idarəçiliyində, dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsində, eləcə də daşınmaz əmlakın qeydiyyatı prosesində mütərəqqi metodlar və innovasiyaların tətbiqini daim davam etdirir.

Bu işlərin həyata keçirilməsində komitə hazırlıqlı, peşəkar və innovativ təfəkkürə malik gənc kadrların potensialından yararlanır. Sədr müavini qeyd edib ki, bu mənada imzalanan memorandum komitə ilə akademiya arasında kadr sahəsində əməkdaşlığın genişlənməsinə, ali təhsil ocağının istedadlı və hazırlıqlı tələbələrinin real iqtisadi proseslərdə iştirakına və onların potensialından tam gücü ilə faydalanmağa imkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270