ƏMLAK

Kirayə haqları artacaqmı? - VERGİLƏR NAZİRLİYİNDƏN AÇIQLAMA
08 İYUN
311

Kirayə haqları artacaqmı? - VERGİLƏR NAZİRLİYİNDƏN AÇIQLAMA

2016-06-08 12:30:00

Vergilər Nazirliyi kirayə evlərdən tutulan verginin artırılması məsələsinə aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Şahin Məmmədov bildiirb ki, icarə haqları ilə bağlı dəyişikliklərin edilməsi məqsədilə Nazirlər Kabinetinə heç bir müraciət edilməyib.

"Son günlər bir sıra kütləvi informasiya vasitələrində Vergilər Nazirliyinin fiziki şəxslərin daşınmaz əmlaklarının kirayəyə verilməsi ilə bağlı əldə etdiyi gəlirlərdən verginin dərəcəsinin 14 faizdən 22 faizədək artırılması və bu sahədə vergi qanunvericiliyinə dəyişikliklər edilməsi məqsədilə guya Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət etdiyinə dair xəbərlər yayılır. Nazirlik əmlakın kirayəyə və icarəyə verilməsindən əldə edilən gəlirlərin vergiyə cəlb edilməsi ilə bağlı vergi dərəcələrində hər hansı dəyişikliklərin edilməsi, o cümlədən mövcud dərəcənin 14 faizdən 22 faizə qaldırılması ilə bağlı Nazirlər Kabinetinə müraciət etməyib və bu məsələ ümumiyyətlə rəsmi dövlət qurumları ilə müzakirə olunmayıb".

Qeyd edək ki, hazırda qüvvədə olan Vergi Məcəlləsinin 124-cü maddəsinə əsasən Azərbaycan Respublikasında istifadə edilən daşınan və daşınmaz əmlakın icarəsindən əldə edilən gəlirlərdən 14 faiz vergi tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275