ƏMLAK

"Kiçik torpağı olanlar birləşməlidir" - ÇIXIŞ YOLU
05 İYUN
304

"Kiçik torpağı olanlar birləşməlidir" - ÇIXIŞ YOLU

2016-06-05 16:59:00

"Azərbaycanda kiçik pay torpaqlarına sahib olan şəxslər məhsuldarlığın artırılması və məhsulun yetişdirilməsi zamanı üzləşdikləri problemlərin öhdəsindən gəlmələri üçün birgə təsərrüfat yaratmalıdırlar". 

Fins.az-ın "Report"a istinadən məlumatına görə, bunu "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, rayonlarda kənd sakinləri müxtəlif həcmdə 3-5 hektar pay torpaqlarına malikdirlər: "Kimi pambıq, kimi isə tərəvəz əkir, lakin hər biri onun yetişdirilməsində əziyyət çəkir. Ona görə də kəndlilər birləşməli və becərmə zamanı problem yaranmaması üçün eyni məhsulu yetişdirməlidirlər". 

Ə.Əhmədzadə məsələnin digər həlli üsulu kimi isə əlavə suvarılan torpaqların əkinçilik dövriyyəsinə daxil olunmasını təklif edib: "Bu torpaqların hesabına yeni texnologiyaya əsaslanmış təsərrüfatlar yarada bilərik. Hazırda bu proses həyata keçirilir. Məsələn, İmişli, Saatlı, Ağcabədidə belə təsərrüfatlar mövcuddur".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272