ƏMLAK

Ev sahiblərinə kupça verilib
02 İYUN
338

Ev sahiblərinə kupça verilib

2016-06-02 13:01:00

Əmlak Məsələləri Dövlət Komitəsi vaxtilə kolxoz və sovxozlar tərəfindən verilmiş torpaq sahələrinə dair mülkiyyət sahiblərinə Buzovna qəsəbəsində bilavasitə yerlərdə çıxarışlar təqdim edib.

“Qurumun” mətbuat xidmətindən Fins.az-a daxil olan xəbərə görə, bu dəfəki kampaniyada vətəndaşların mülkiyyət hüququnun tanınmasını təsdiq edən çıxarışlar keçmiş kolxoz və sovxozların ərazilərində yerləşən, müvafiq əmrlərlə verilmiş yaşayış və bağ evlərinin tikintisinə dair həyətyanı torpaq sahələrinə aid olub. Bura həmçinin, kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı da daxildir. Eyni zamanda, sovxozların yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisələrinin rəhbərinin (direktor və s.) əmrləri də aiddir. Belə aksiyalar sayəsində Bakı və regionlarda Fərmanda əksini tapmış sənədləri olan əmlak sahiblərinə qeydiyyat xidmətlərini birbaşa yerlərdə çatdırılır.

Xatırladaq ki, kampaniya sosial layihə olduğu üçün ödənişli qaydalarla həyata keçirilmir. Mobil xidmətlər yalnız çıxarış almaq üçün qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqının əsasında həyata keçirilir. Bu rüsumlar da yalnız bank vasitəsilə və ya elektron qaydada ödənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275