ƏMLAK

Azərbaycan sosial mənzil üçün bu ölkənin təcrübəsini öyrənir
11 MAY
366

Azərbaycan sosial mənzil üçün bu ölkənin təcrübəsini öyrənir

2016-05-11 14:44:00

Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyevin rəhbərlik etdiyi nümayəndə heyəti TOKİ (Toplu Konut İdaresi Başkanlığının) rəhbəri Ergün Turanla görüşüb.

Türkiyə KİV-lərin  xəbər verir ki, görüşdə S. Nuriyevə TOKİ-nin fəaliyyəti barədə məlumat verilib.

E. Turan bir çox ölkənin TOKİ təcrübəsi ilə maraqlandığını bildirib: “Azərbaycan TOKİ tərəfindən həyata keçirilən maliyyə modelini nümunə kimi götürərək Mənzil İnşaatı Dövlət Agentliyi yaradıb. Biz öz təcrübələrimizi Azərbaycanla bölüşdük. TOKİ modelini öyrənmək və həyata keçirmək istəyən ölkələrə təcrübələrimizi və modelimizi bölüşürük".

E. Turan əlavə edib ki, TOKİ-nin yaradıldığı 1984-cü ildən 2002-ci ilə qədər 43 min bina inşa edilib: “2002-ci ildən bu vaxta qədər isə 717 min bina tikilib. 19 ildə 43 min bina, 13 ildə isə 717 min bina inşa edilib. Bu binaların əksəriyyətini sosial evlər təşkil edir”.

TOKİ-nin şərtləri ilə buradan tanış ola bilərsiniz.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274