ƏMLAK

AZAL özəlləşdirilə bilər
11 MAY
478

AZAL özəlləşdirilə bilər

2016-05-11 08:16:00

Telekommunikasiya və hava yolları sektorlarında islahatlar, bu sahələrdə mövcud müəssisələrin özəlləşdirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin qarşısında duran mühüm vəzifələrdəndir. Fins.az xəbər verir ki, bu barədə Komitənin “Mülkiyyət” qəzeti yazıb. 

Məlumata görə, qarşıdakı illərdə iri müəssisələrin özəlləşdirilməsi tempi daha da sürətləndiriləcək. Həmçinin, iri dövlət şirkətlərinin restrukturizasiyası, inhisarsızlaşdırılması və sağlamlaşdırılması sahəsində işlər həyata keçiriləcək.

Xatırladaq ki, Nazirlər Kabinetinin 2015-ci ilin yekununa dair iclasında Prezident İlham Əliyev bəzi sahələrin özəlləşdirilməsi barədə tapşırıqlar vermişdi. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272