ƏMLAK

Bakıda bələdiyyələrdən biri ləğv edilir
06 MAY
465

Bakıda bələdiyyələrdən biri ləğv edilir

2016-05-06 09:11:00

Səbail rayonunda formalaşan Bibiheybət  bələdiyyəsinin digər  Səbail və ya Badamdar bələdiyyəsinə birləşdiriləcəyi gözlənilir. Fins.az-ın məlumatına görə, bu barədə məlumat Bibiheybət bələdiyyəsindən daxil olub. Məlumatda bildirilir ki, hazırda bələdiyyə ərazidə hər hansı vergi növünün yığımında çətinlik çəkdiyindən büdcədə maliyyə vəsaiti demək olar ki, yoxdur. Maliyyə vəsaiti olmadığından sakinlərin qaldırdığı problemlərin həllində də çətinlik çəkilir.Bələdiyyənin hansı bələdiyyəyə və  nə vaxt birləşdiriləcəyi isə seçicilərin rəyindən asılı olacaqdır.

Qeyd edək ki, adıçəkilən bələdiyyə 1999-cu ilin ilk bələdiyyə seçkilərində doqquz üzvlə  formalaşıb.Xatırladaq ki, Bakı şəhərində 52 bələdiyyə formalaşdırılıb. İlkin seçkilərdə isə bələdiyələrin sayı 49 olub. Araşdırmalar göstərir ki, növbəti bələdiyyə seçkilərində paytaxtın bir sıra perspektivsiz bələdiyyəsi birləşdirilə bilər.

Belediyye.info

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272