ƏMLAK

Azərbaycan Monteneqroda superkurort tikir - “One
24 APREL
1279

Azərbaycan Monteneqroda superkurort tikir - “One&Only" - FOTOLAR

2016-04-24 11:23:00
Aprelin 22-də Monteneqroda həyata keçirilən Portonovi layihəsinin tərkib hissəsi olan “One&Only Portonovi Montenegro” istirahət kompleksinin təməlatma mərasimi həyata keçirilib. “Azmont Investments” şirkətindən fins.az-a verilən məlumata görə, Monteneqronun baş naziri Milo Cukanoviçin, bir sıra nazirlərin və dövlət rəsmilərinin, həmçinin, Portonovi layihəsinin sahibi “Azmont Investments” şirkətinin və “One&Only Resorts”un rəhbər şəxslərinin iştirak etdiyi tədbirlə Avropada birinci One&Only istirahət kompleksinin tikintisinə start verilib.

Kompleks 2017-ci ildə işə düşəcək 

Lüks istirahət kompleksi 26 hektar ərazisi olan və Monteneqronun Boka Kotorska körfəzinin sahillərində gözəl mənzərəli bir ərazidə yerləşən Portonovi şəhərciyinin əhəmiyyətli bir hissəsi olacaq. Portonovi layihəsinin ilk mərhələsinin 2017-ci ildə tamamlanması gözlənilir. “One&Only Portonovi Montenegro” istirahət kompleksi isə 2018-ci ildə qapılarını qonaqlar üçün açacaq.

Baş nazir Azərbaycan investorlarından razı qalıb

Mərasimdə çıxış edən Monteneqro baş naziri Milo Cukanoviç icarə müqaviləsi üzrə investor öhdəliklərinin icrasından öz məmnunluğunu bildirib: “Bugün biz böyük qürur hissi ilə Portonovi şəhərciyində gələcəkdə bizim – bugünkü Monteneqro, onun vətəndaşları və investor, “Azmont Investments” şirkəti – üçün qürura çevriləcək yeni bir mərhələyə qədəm qoyuruq. Belə layihələrin icrası bizə 3 əsas hədəfə çatmaqda yardım edir: yeni keyfiyyətli iş yerlərinin açılması, Monteneqro iqtisadiyyatının dinamik inkişafına əlavə dəstək və nəticə etibarilə Monteneqronun Avropanın ən prestijli məkanlarından birinə çevrilməsi”.
 
           Eləcə də bax: Azərbaycan xaricdə daha bir bank açır

Baş nazir Cukanovic çıxışında Monteneqro və Azərbaycan arasındakı əməkdaşlığı xüsusi olaraq vurğulayıb: “Ölkələrimiz arasında mövcud olan müstəsna qarşılıqlı anlayış, dostluq münasibətləri və davamlı siyasi ünsiyyət Portonovi kimi böyük və irihəcmli investisiya tələb edən layihənin həyata keçirilməsinə zəmin yaradıb. Biz ölkələrimiz arasındakı əlaqələrin daha da inkişaf etdirilməsinə əlavə dəstək verməliyik”.

«Bu kompleks Monteneqronu məşhurlaşdıracaq» 

“Azmont Investments” şirkətinin Müşahidə Şurasının sədri Ahmet Erentok tədbirdəki çıxışında “One&Only Portonovi Montenegro” istirahət kompleksinin tikintisinə rəsmi olaraq başlandığını bildirib: “Bu addım Portonovi layihəsində ən mühüm addımlardan biridir. Bizim üçün “One&Only Resorts” yalnız Portonovi layihəsi üçün mükəmməl tərəfdaş deyil, o dünyanın hər yerindən qonaqlar və sakinlər cəlb edəcək tayı- bərabəri olmayan lüks məkanın yaradılması üçün şübhəsiz ki, ən münasib dəstəkdir.
Bundan əlavə, Portonovi və One&Only arasındakı birlik Monteneqronun gözəlliyinin dünyaya tanıdılmasında əlavə bir dəstəkdir, çünki biz artıq təmtəraqlı lüks səviyyəli məkan kimi tanınırıq. Portonovi və One&Only ilə yanaşı ərazinin də tanınması labüddür və biz yaxın gələcəkdə diqqətlə planlaşdırılmış satış və marketinq fəaliyyətləri vasitəsilə bu tanıtımı daha da gücləndirməyə çalışacağıq”.

Azərbaycanın xaricdə reallaşdırdığı ən böyük qeyri-neft layihəsi 

Azərbaycanın Monteneqrodakı Diplomatik Nümayəndəliyinin müşaviri Seyran Mirzəzadə çıxışında qeyd edib ki, Portonovi layihəsi Azərbaycanın xarici ölkələrdə qeyri-enerji sektorunda həyata keçirdiyi ən iri yatırım layihəsidir: “Bu layihənin Monteneqroda həyata keçməsi təsadüfi deyildir. Bu qərarın kökündə bir sıra amillər – dostluq münasibətləri, investorlar üçün əlverişli şərait, siyasi və iqtisadi sabitlik və etimad durur”. 

Avropada ilk “One&Only” olacaq 

“One&Only tayı bərabəri olmayan və Monteneqro da daxil olmaqla gözoxşayan mənzərəli məkanlarda tikintiləri olan ultra-lüks komplekslər şəbəkəsidir”, deyə “One&Only Resorts”un Baş Əməliyyat Rəhbəri və Prezidenti Filip Zuber çıxışında vurğulayıb: “Biz Avropada özümüzün ilk istirahət kompleksimizi tez bir zamanda qonaqlarımız üçün açmağı səbirsizliklə gözləyirik və bilirik ki, Portonovi regionda müsbət yeniliklərin əsas nümunəsi və mühüm yatırım layihəsidir. Biz əminik ki, Monteneqroda reallaşdırılan Portonovi layihəsi Avropanın ən təcrübəli və zövqlü səyahətçiləri üçün yeni elit məkana çevriləcəkdir”.

“One&Only“ istirahət üçün misilsiz məkanolacaq

“One&Only Portonovi Montenegro” istirahət kompleksində 120-yə yaxın təmtəraqlı qonaq otağı, lüks otaqlar və villalar, yemək və pərakəndə xidmətlər və dünyaca tanınmış sağlamlıq və gözəllik brendi olan “Espace Chenot Health Wellness Spa” dəstəyi ilə sağlamlıq mərkəzi yerləşəcək ki, bu da kompleksi qonaqların istirahət və sağlamlığı üçün misilsiz məkana çevirəcəkdir. “One&Only Portonovi” kompleksi regionda təmtəraq anlayışını yenidən müəyyən edərək qüsursuz xidmət və məhsullar təklif etməklə və Monteneqro təbiətinin ecazkar gözəlliyini nümayiş etdirməklə qonaqlarda tam yeni təəssüratlar yaradacaqdır. Məkanın arxitektura və interyeri, həmçinin kompleksi əhatə edən ərazilərin landşaft dizaynına Jan Mişel Gatinin rəhbərliyi ilə “Denniston International Architects” şirkətinin komandası cavabdehdir. 

Alıcılara villa və kübar penthauslar təklif ediləcək 

Portonovi layihəsində One&Only istirahət kompleksi ilə yanaşı, həm də Aralıq Dənizi üslubunda geniş sahəli təmtəraqlı yaşayış evlərindən başlayaraq gözoxşayan bağların əhatəsində zövqlü villalar, ən müasir 220 yerlik super-yaxt limanına baxan kübar penthaus mənzillərinə qədər bir çox çeşiddə əmlaklar təklif ediləcək.
Portonovi Boka Kotorska Körfəzinin ən toxunulmayan, müstəsna və ən dar hissəsində yerləşir. Bu ecazkar məkan həm də yaxtlardan Monteneqronun heyrətamiz 300 kilometr məsafədə uzanan sahilini izləmək üçün ən münasib məkan olmaqla yanaşı, eyni zamanda yaxtlar üçün Adriatik dənizə ən tez çıxış nöqtəsidir.
Portonovi şəhərciyindən Dubrovnik (33km) və Tivat Beynəlxalq Hava Limanlarına (18 km) məsafə avtomobil ilə bir saatdan azdır. Hər iki hava limanından bü tü n Avropaya təyyarələr hərəkət edir, həmçinin ö zəl təyyarələr (jetlər) ü çü n lazımi imkanlar mövcuddur. 

Yeni kompleks Azərbaycanın “Azmont Investments” şirkətinindir 

Monteneqro öz qonaqlarına saysız hesabsız kəhkəşanlı seçimlər təklif edir. Bu ölkənin çeşidli coğrafi ərazisi hündür dağlardan, orta əsrlərdən qalan kəndlər və qəsəbələrdən və sahil xətti boyu mənzərəli çimərlikərdən ibarətdir. Fiordu xatırladan Boka Kotorska körfəzində sahil boyu kilsələr və Kotor və Herceg Novi kimi zəngin şəhər və qəsəbələr vardır. Durmitor Milli Parkında ayı və canavar kimi vəhşi heyvanların vətəninə çevrilmiş dağlar, buzlaq göllər və 1,300 metr dərinliyində Tara Çay Kanyonu yerləşir. Portonovi kompleksi tam olaraq “Azerbaijan Global Investments” şirkətinə məxsus olan “Azmont Investments” şirkətinə aiddir.  

“One&Only” əsl lüks istirahət məkanı olacaq 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272