ƏMLAK

Bakıda yeni tikililər ucuzlaşacaq – VİDEO
23 APREL
1051

Bakıda yeni tikililər ucuzlaşacaq – VİDEO

2016-04-23 11:46:00

Bakıda qəzalı binaların sökülərək onların yerində müasir binaların tikintisina başlanıb.

Qeyd edək ki, Bakının Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarındakı köhnə binalar söküləcək. Bununla bağlı Nazirlər Kabineti “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərar qəbul edib. Qərara əsasən, qarşıdakı 5 il müddətinə köhnə binalar sökülüb yeniləri ilə əvəz ediləcək. Bununla bağlı Nizami rayonunda sakinlərlə görüş keçirilib. Görüşdə bildirilib ki, mərhələli şəkildə rayonda olan 131 qəzalı bina söküləcək və sakinlər daha rahat mənzillərlə təmin olunacaq.

         Eləcə də bax: Bakının 9 rayonunda köhnə binalar söküləcək – SİYAHI

Bu məqsədlə Nizami rayonunda sakinlərlə rayon rəhbərliyi arasında keçirilən görüşdə qeyd edilib ki, ötən əsrin 50-60-cı illərində rayon ərazisində inşa edilən və hazırda qəzalı vəziyyətdə olan 131 yaşayış binası var, həmin binalar mərhələli şəkildə sökülərək yerində hündür mərtəbəli binalar tikiləcək.

“Dövlət tam olaraq mənzillərin təhvil verilməsinə qədər bu tikintilərə nəzərət edəcək. Ona görə heç bir MTK tikintini yarıda qoya bilməz. İlkin olaraq Nizami rayonunda 6 binanın sökülməsi nəzərdə tutulub”, - deyə Nizami rayon icra başçısı Arif Qasımov deyib.

        Eləcə də bax: Binəqədi və Qaradağda qəzalı evlər söküləcək - YENİ BİNALAR TİKLƏCƏK

“Mehdi Abbasov, Nəsimi, Çobanzadə küçəsində və başqa küçələrdə ikimərtəbəli binaların sökülməsi nəzərdə tutulub. Dəvət olunan şirkətlərlə vətəndaşlar arasında qarşılıqlı razılaşma əsasında müqavilələr bağlanıb və sakinlər kirayə mənzillərə köçürüləcək. Kirayə mənzillərin haqqı həmin şirkət tərəfindən binaların tikildiyi müddət ərzində ödəniləcək”, - deyə icra başçısının müavini Qərib Məmmədov rayon sakinləri ilə görüşündə qeyd edib.

Rayon ərazisində yenidənqurma işlərini həyata keçirəcək şirkətlər artıq müasir binaların inşa edilməsi üçün layihələr hazırlayıb. Şirkətlərdən verilən məlumata görə, əsas məqsəd əhalinin müasir tam təmirli və münasib qiymətli mənzillərlə təmin etmək və hər kəsin ev sahibi olması prinsipidir. Eləcə də bəyan edilib ki, mənzillər bazar qiymətindən 30-50% aşağı təklif ediləcək. 

           Eləcə də bax: “20-ci sahə”də evlər söküləcək, tramvaylar qayıdır, Xırdalana metro... - BAKININ BAŞ PLANI

Xatırladaq ki, adları çəkilən rayonların İcra Hakimiyyəti orqanlarına söküntü işləri ilə bağlı müvafiq tapşırıqlar verilib. Söküntü işləri 5 il müddətində icra olunacaq. Qərar ümumilikdə 15 857 mənzili əhatə edir. Onu da əlavə edək ki, qərar fevralın 25-dən qüvvəyə minib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274