ƏMLAK

Tikilməyən torpaqlardan vergi artırılacaq - RUSİYADA
21 APREL
330

Tikilməyən torpaqlardan vergi artırılacaq - RUSİYADA

2016-04-21 13:45:00

Rusiya höküməti yaşayış tikintisi üçün ayrılmış torpaqların sahiblərini tikintiyə həvəsləndirmək üçün plan hazırlayıb. Bunun üçün hökümət tikniti aparılmayan torpaqlara vergiləri artırmaq niyyətindədir. Vergi Məcəlləsinə ediləcək dəyişikliklər vergidən yayınmanı çətinləşdirəcək. Belə ki, hazırda hüquqi şəxslər torpaqlarından 3 illik istifadədən sonra adətən bu torpaqları ona bağlı şəxslərə satırlar, vətəndaşlar isə bu sahələrdə saraylar və məişət tikililəri inşa edirlər. Nazirlik belə praktikanın qarşısını alan düzəlişlər tətbiq etməyi planlaşdırır.

Eləcə də bax: Azərbaycanda istifadəsiz torpaqlardan vergi 170 dəfə artırılır

Qanun layihəsinə əsasən, torpaq sahibi sahədə mütləq yaşayış evi tikməlidir, yeni alıcı isə hətta burada ev tikilməsə də, evlər üçün nəzərdə tutulan yüksək vergi ödəməli olacaq. Qanun layihəsi həmçinin, 500 min kvadrat metr sahəli layihələr hazırlayan iri ev tikinti şirkətlərinə güzəştlər nəzərdə tutur. Güzəştə görə, onlara torpaqların mənimsənilməsi müddətinin 3 ildən 5 ilə qədər artırılması təklif olunur.

Hökumət nümayəndələri bildirir ki, Rusiyada ev tikintisi üçün nəzərdə tutulan 16,5 milyon hektar torpaqlardan 5 milyon hektarı mənimsənilməmiş qalır. Onlardan 60%i hüquqi şəxslərə, 40%i isə fiziki şəxslərə məxsusdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271