ƏMLAK

Qamış evlərdə yaşayanlar üçün bina tikilir
19 APREL
579

Qamış evlərdə yaşayanlar üçün bina tikilir

2016-04-19 16:01:00

Lökbatan qəsəbəsində 13 qamış tipli qəzalı evlərdə yaşayan əhali üçün çoxmərtəbəli binaların inşasına başlanılmışdır.

Fins.az xəbər verir ki, bunu  hesabat yığıncağında Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov bildirib.

Binanın inşası "Azkomfort" MMC tərəfindən həyata keçirilir.

Dövlət Başçısının tapşırığına əsasən Nazirlər Kabinetinin Qaradağ rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər nəzərdə tutan 22 yanvar 2016-cı il tarixli 8 saylı qərarı qəbul edilmişdir. Bu qərara əsasən Qaradağ rayonunun Lökbatan, Sahil, Puta, Qızıldaş və Ələt qəsəbələrində XIX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 10960 nəfər yaşayan 274 qamış və taxta konstruksiyalı yaşayış binalarının, habelə Qaradağ rayonunun ərazisində yaşayış üçün yararsız olan binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını pilot layihə olaraq 5 il müddətinə Qaradağ Rayon İcra Hakimiyyətinin həyata keçirməsinə icazə verilmişdir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270