ƏMLAK

11 min obyektə «kupça» verilib
18 APREL
582

11 min obyektə «kupça» verilib

2016-04-18 15:48:00

Bu ilin birinci rübündə Azərbaycanda 37 mindən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Bunlardan 11 mini ilkin, 26 mini isə təkrar qeydiyyata aid olub. Fins.az-ın məlumatına görə, bu barədə Əmlak məsələləri Dövlət Komitəsində keçirilən müşavirədə bildirilib. İclasda qeyd edilib ki, ilk 3 ayda 10 minə yaxın ipoteka müqaviləsi qeydə alınıb. Hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 27 mindən çox yüklülük (məhdudiyyət) arayışı verilib ki, bunun da 17 minə yaxını onlayn üsulla həyata keçirilib. 32 minə yaxın daşınmaz əmlaka texniki pasport verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274