ƏMLAK

Kərəm Həsənov Meksika səfiri ilə görüşüb
15 APREL
365

Kərəm Həsənov Meksika səfiri ilə görüşüb

2016-04-15 17:39:00

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardi ilə görüşüb. Komitə sədri Azərbaycandakı iqtisadi proseslər və aparılan islahatlar barədə məlumat verib, Azərbaycanla Meksika arasında əlaqələrin inkişafını vurğulaıb. Görüşdə Komitənin fəaliyyəti, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı yeni islahatlar, torpaq idarəçiliyi, daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində əldə olunan nəticələr qeyd olunub.

Komitə sədri elektron və onlayn xidmətlərin tətbiqini, daşınmaz əmlakın qeydiyyatı sisteminin inkişafı məqsədilə prosedurların sadələşdirilməsini qeyd edib. Eyni zamanda, əmlak idarəçiliyində modern idarəetmə sistemi və innovativ üsulların tətbiqini, həyata keçirilən sosial yönümlü tədbirləri nəzərə çatdırıb.

Səfir R.Labardi Azərbaycanla Meksika arasında münasibətlərin inkişafını yüksək qiymətləndirib. Daha sonra görüşdə komitə sədri və səfir dövlət əmlakının özəlləşdirilməsi, qeydiyyat və kadastr sahələrində ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələlərini müzakirə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275