ƏMLAK

"Sosial evlərdə kirayə haqları 100 manatı keçməməlidir"
15 APREL
760

"Sosial evlərdə kirayə haqları 100 manatı keçməməlidir"

2016-04-15 15:46:00

"ASAN xidmət" layihəsi kimi, sosial evlər layihəsinin də Azərbaycan modeli yaradılmalıdır".

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Əli Məsimli deyib: "Son 10 ildə Azərbaycanda sosial ipoteka ilə ev alanların sayı 4 min nəfərdən artıqdır. Hesab edirəm ki, sosial evlər layihəsi ilə ev alanların sayı sürətlə artacaq. Bunun üçün "ASAN xidmət" kimi, sosial evlər layihəsinin də Azərbaycan modeli yaradılmalıdır. Bunun üçün məqsədli planın hazırlanması, atılacaq addımların müəyyənləşdirilməsi və maliyyələşmə imkanlarının yaradılmasına xüsusi diqqət yetirilməlidir. Sosial evlər layihəsində xarici maliyyə mənbələrindən də istifadə etmək olar". 

Ə. Məsimli qeyd edib ki, sosial evlər layihəsinin icrasına başlanan zaman ölkədə ali təhsil müəssisələrinin, sənaye obyektlərinin Bakı şəhərinin kənarına köçürülməsi məsələsi nəzərə almalıdır: "Azərbaycanda orta aylıq əmək haqqı 500 manatdan azdır. Büdcə təşkilatlarında çalışanlar 200-300 manat əmək haqqı alır. Regionlarda əhalinin gəliri isə ölkədəki orta aylıq əmək haqqından 1,5-2 dəfə aşağıdır. Bunu nəzərə alaraq sosial evlər layihəsinin icrasına başlanan zaman kirayə haqlarının 100 manat və ya bundan aşağı məbləğdə müəyyən edilməsini təklif edirəm".

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275