ƏMLAK

"Novostroyka" sahibləri kupça aldı
15 APREL
777

"Novostroyka" sahibləri kupça aldı

2016-04-15 14:24:00

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) bu ay, 2-ci dəfə keçirdiyi “Kütləvi çıxarış” kampaniyası Bakının Nəsimi rayonunda baş tutub. ƏMDK-dan fins.az-a verilən məlumata görə, kampaniya çərçivəsində hündürmərtəbəli binalardan birinin 100-ə yaxın sakininə mülkiyyət hüququnu təsdiq edən sənəd verilib. Çıxarışlar binanın həyətində, komitənin mobil ofislərində (xüsusi avtonəqliyyat vasitələrində) təqdim olunub.

“Kütləvi çıxarış” kampaniyası daşınmaz əmlakla bağlı alqı-satqı proseslərini genişləndirir, mənzil bazarını canlandırır. Bu kampaniyadan faydalanmaq istəyənlərin sayı getdikcə artır. Çıxarışlar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna əsasən, ilkin mülkiyyət sənədləri təqdim olunmaqla verilir. Belə sənədlərə mənzillərə dair orderlər, aktlar, mülkiyyət barədə qeydiyyat vəsiqələri və digər hüquqi sənədlər aiddir. Həmçinin yalnız istismara qəbul aktı olan və qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqı ödənilməklə təqdim olunur.

Kampaniyada vətəndaşlara hüquqi yardım da göstərilir, sakinlər arasında maarifləndirmə işləri aparılır, qeydiyyatın üstünlükləri barədə məlumat verilir. Vətəndaşların qeydiyyat prosedurları, zəruri sənədlər və digər hüquqi məsələlər barədə suallar cavablandırılır.

Kampaniyadan faydalanmaq istəyən şəxslər 148 saylı çağrı mərkəzinə zəng vura bilər (148 daxili 1 sonra 5). Kampaniyanın və mobil ofis xidmətinin keçirildiyi aylıq qrafik komitənin rəsmi internet səhifəsində yerləşdirilir.

Kampaniya indiyədək respublikanın demək olar ki, əksər şəhər və rayonlarında təşkil edilib və ümumilikdə 7000-dən çox vətəndaşa qeydiyyat xidmətləri göstərilib. Təkcə bu il il ərzində kampaniya Yevlaxda, Samuxda, Xaçmazda, Abşeronda, Bakının Nəsimi, Sabunçu və Nizami rayonlarında keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274