ƏMLAK

Xətaidə uçan yataqxanadakı ailələrə 45 min manat veriləcək
14 APREL
216

Xətaidə uçan yataqxanadakı ailələrə 45 min manat veriləcək

2016-04-14 19:28:00

Bu gün Nazirlər Kabineti martın 28-də 3 və 4-cü mərtəbələri arasında arakəsmənin uçduğu Xətai rayonu, Cavanşir küçəsində 10 saylı, o cümlədən 14 saylı yataqxana binaları ilə bağlı sərəncam verib. Bu barədə Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri Zaməddin Əkbərov bildirib. 
 
Nazirlər Kabinetinin 14 aprel 2016-cı il tarixli 217 saylı sərəncamına əsasən, kəskin qəzalı vəziyyətdə olan bu iki yataqxana binası söküləcək, həmin yataqxanada faktiki yaşayan ailələrin hər birinə dövlət hesabına 45 min manat vəsait veriləcək. 
 
Z. Əkbərov həmin vəsaitin Xətai rayon İcra Hakimiyyətinin xətti ilə sakinlərə çatdırılacağını bildirib. Yataqxanaların sakinləri ilə də bü gün toplantı keçirilib və sakinlərə müvafiq sənədləri toplamaq lazım olduğu bildirilib. 
 
Qeyd edək ki, martın 28-də Xətai rayonu, Cavanşir küçəsi, 10 ünvanında yerləşən Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansındakı beşmərtəbəli yataqxananın 3-cü və 4-cü mərtəbələri arasındakı arakəsmə uçub.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272