ƏMLAK

Sosial evlər «novostroyka»ları ucuzlaşdıracaq
14 APREL
842

Sosial evlər «novostroyka»ları ucuzlaşdıracaq

2016-04-14 11:58:00

Azərbaycanda sosial evlərin tikintisinə başlanması ölkənin daşınmaz əmlak bazarına da təsir edəcək. Bu barədə fins.az-a «MBA qrup» konsaltinq şirkətinin direktlru Nüsrət İbrahimov bildirib. Onun sözlərinə görə, hökumətin bu təşəbbüsü yeni tikilən evlərin qiymətinin aşağv düşməsinə səbəb olacaq və gələcəkdə bu qiymətlərin süni olaraq şişirdilməsinin qarşısını alacaq.

Sosial evlər şəhər kənarında tikiləcək

N.İbrahimov bildirib ki, sosial evlərin tikintisi adi tikinti şirkətlərinin biznesinə təsir edəcək, amma bu təsir ciddi olmayacaq. Məsələ bundadır ki, aztəminatlı əhali üçün nəzərdə tutulan evlər adətən şəhər ətrafında tikilir. Kommersiya şirkətləri isə adətən şəər daxilinə fəaliyyət göstərirlər: «Ona görə də ümumilikdə bu təşkilatlar bir-birinə ciddi manne olmayacaq. Məsələn, Rusiyada sosial evlər tikilir, amma adi tikinti şirkətləri də fəaliyyətlərini davam etdirirər».

Yeni mikrorayonlar yarana bilər

Sosial evlərlə bağlı gözlənilən yeniliklərdən biri yeni yaşayış massivlərinin yaradılması ola bilər. Bu massivlərdə həm sosial evlər, həm də adi kommersiya evləri tikilə bilər: «Çox mümkündür ki, bəzi şirkətlər bütöv bir mikrorayonu götürüb yenidən tiksinlər».

Sosial evlər hələ 2-3 ildən sonra tikiləcək

Nüsrət İbrahimovun sözlərinə görə, sosial evlərin tikintisi ilə bağlı işlər başlansa da, bütün təşkilati məsələlər həll edildikdən sonra belə evlərin tikintisinə real olaraq gələn ilin ortalarından başlanacaq, ilk evlərin tikilib təhvil verilməsi isə 2-2,5 il vaxt tələb edəcək.

«Novostroyka»lar ucuzlaşacaq

Şirkət rəhbəri bildirir ki, sosial evlərin tikintisi yeni tikililərin qiymətlərinə də təsir edəcək. Bazarda nisbətən ucuz mənzillər təklif artacağına görə, yeni tikililərin qiyətində enmə baş verəcək. «Amma ucuzlaşmanın nə qədər olacağın demək çətindir»-deyə şirkət rəhbəri bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272